Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər. ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edərkən deyib. Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi, əlbəttə ki, tarixi hadisədir: "Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır. Ulu Öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur. Mən də bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim 15 il ərzində sayca 24-cü səfərdir. Yəni, bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir. Əlbəttə ki, Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb. İlk növbədə, infrastruktur müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə verildi, böyük vəsait xərcləndi. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıbdır. İçməli su problemi həllini tapıbdır. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur. Bakı-Sumqayıt yolu tikildi. İndi göstəriş vermişəm ki, yol genişləndirilsin. Çünki artan nəqliyyat sıxlıq, tıxac yaradır. Biz bunu da həll edəcəyik. Bakı-Sumqayıt qatarı artıq fəaliyyət göstərir. Özü də dünyanın ən qabaqcıl şirkətinin istehsalı olan ikimərtəbəli, çox rahat “Stadler” vaqonlarıdır. Verilmiş kredit hesabına şəhər nəqliyyatı üçün müasir avtobuslar gətirildi. Yəni, bütün bu işlər planlı şəkildə həyata keçirilir. Şəhərin kommunal təsərrüfatı yenilənir. Lift təsərrüfatının təqribən 80 faizi yenilənib. Sumqayıtda 1300-dən çox hündürmərtəbəli binanın təxminən mininin artıq dam örtüyü vurulubdur və qalan binaların da dam örtükləri vurulacaq. “ASAN xidmət” mərkəzi yaradılmışdır. İndi göstəriş vermişəm ki, ikinci “ASAN xidmət” yaradılsın. Çünki tələbat artır və bəzən növbələr yaranır. Biz buna imkan verə bilmərik. Sosial infrastruktur yenilənir. Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşibdir. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər. Biz bunu da edəcəyik. Məktəb tikintisi gedir. 1 saylı xəstəxana mənim göstərişimlə artıq 5-6 ildir ki, təmirdən çıxıb. İndi 2 saylı xəstəxananın təmiri və əslində yenidən tikilməsi üçün vəsait ayrıldı. Biz bunu da edəcəyik".
İlham Əliyevdən minlərlə ailəyə SEVİNDİRİCİ XƏBƏR



İlham Əliyev Sumqayıta səfər etdi (YENİLƏNİR)
İlham Əliyev Sumqayıtda açılışdadır
Prezidentdən işdən çıxardığı Əli Həsənova: Ümid edirəm ki, iqtidar komandasında...
İlham Əliyev Sumqayıta getdi
Ölkə başçısı: Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir
Sahibkarlardan Prezidentin köçkünlərlə bağlı çağırışına - Cavab
20 min məcburi köçkünə ŞAD XƏBƏR - AÇIQLAMA
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək
İlham Əliyev: Mənə güc verən xalqın mənə olan inamıdır
İqtisadi fəallıq bərpa ediləcək – İlham Əliyev
İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 