Ukraynanın N.Y.Jukovski adına Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun rektoru, professor Nikolay Neçiporuk, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, “Azərbaycan Hava Yolları” QSC və “Silk Way” aviaşirkətinin prezidentlərinin müşaviri, akademik Dmitri Kiva, eləcə də universitetin və səfirliyin bir qrup nümayəndəsi «Azərbaycan Hava Yolları» QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyasında (MAA) olublar. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, səfər zamanı qonaqlar «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovla və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevlə görüşüblər. Görüş zamanı Ukrayna Milli Aerokosmik Universitetinin və Azərbaycan Milli Aviasiya Akademiyasının elm və təhsil sahələrində həyata keçirdikləri inkişaf strategiyasının aktual məsələləri, eləcə də tədris müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşdə professor Nikolay Neçiporuk Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevə N.Y.Jukovski adına Ukrayna Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun “Fəxri elmlər doktoru” və “Fəxri professor” attestatlarını təqdim edib. Nikolay Neçiporuk bu fəxri adların Ukrayna Milli Aerokosmik Universitetinin Elmi Şurasının müvafiq qərarları əsasında MAA-nın rektoru akademik Arif Paşayevə elmin və təhsilin inkişafına verdiyi töhfəyə, aviasiya texnikasının diaqnostikasında müasir metod və vasitələrin tətbiq olunmasına, aerokosmik sahə üçün mütəxəssis hazırlığında görülən işlərə görə verildiyini qeyd edib. Görüş zamanı həmçinin Ukrayna Milli Aerokosmik Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sonra ukraynalı qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının infrastrukturu, elmi-praktik və tədris-təcrübə bazası ilə tanış olub, müəllim və tələbələri ilə görüşüblər.
Akademik Arif Paşayev təltif edildi



Ramiz Mehdiyevə yeni vəzifə verildi
Ramiz Mehdiyevə yeni vəzifə verildi
Bakıda DAK-ın aeronaviqasiya komissiyasının iclası keçirilir
“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb
Prezident bu şəxsləri təltif etdi
Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçildi
Bu ölkəyə getmək istəyənlərə ŞAD XƏBƏR
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
Bakıda bu məktəbə Arif Məlikovun adı verildi
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Viktor Seryoginə həsr edilmiş “Əbədiyyətə uçuş” sənədli filminin təqdimatı keçirildi
AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 