Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keyfiyyətsiz, insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şampun və digər kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarəyə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Fuad Abdullayev saxlanılıb. Ona məxsus paytaxtın Nizami rayonunda yerləşən anbara baxış zamanı kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan hazır şampunlar, digər kosmetik məhsullar, külli miqdarda etiketlər, holoqramlar, qapaqlar və sair ləvazimatlar aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Fuad Abdullayev şəxsiyyəti istintaqa məlum olan hazırda xarici ölkələrdən birində gizlənən tanışı ilə cinayət əlaqəsinə girərək dəyərindən aşağı qiymətə mənşəyi məlum olmayan məhsulları qeyd edilən anbarda əvvəlcə boş qablara doldurub. Daha sonra onlar həmin qabların üzərinə saxta “Brasil Botox-Keratin” əmtəə nişanlı etiket və holoqramlar yapışdıraraq orijinal məhsul adı ilə satışını həyata keçiriblər.
Həmçinin Fuad Abdullayev və tanışı sosial şəbəkələrdə özlərinə məxsus səhifələr yaradaraq qeyd edilən məhsulların onlayn satışını da təşkil ediblər. Həmin məhsullardan götürülən nümunələr əsasında keçirilən ekspertiza zamanı müəyyən olunub ki, aşkar edilən şampun, eləcə də, digər vasitələr keyfiyyətsiz olmaqla yanaşı, istifadəyə yarasızdır və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.
https://youtu.be/Bxm4e0VUTtg



Polis “Sədərək”də əməliyyat keçirdi
"Bandotdel" əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR
Əməliyyat: ata və oğlu saxlanıldı - VİDEO
"Bandotdel" Oğuzda əməliyyat keçirdi
Şirvanda "NARKOTİK OVU": Keçmiş məhkum da işin içində olub
Polis əməliyyat keçirdi - Həbs edilənlər var (VİDEO)
Polis əməliyyatlar keçirdi: silahlı şəxslər saxlanıldı
Bakının mərkəzində BÖYÜK ƏMƏLİYYAT: Narkotacir ƏLƏ KEÇDİ - VİDEO
"Bandotdel" Beyləqanda əməliyyat keçirdi
"Leydi Şarm"da əməliyyat: 4 nəfər tutuldu - VİDEO
Tibbi maskaları baha qiymətə satan bir neçə dəstə saxlanıldı - Foto+Video
"Bandotdel" Bakıda əməliyyat keçirdi - Silahlı şəxs tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 