Bu il Qazaxıstanda böyük mütəfəkkir və filosof Abay Kunanbayevin 175 illik yubiley tədbirləri keçiriləcək.
Abayın yaradıcılığında “Qara söz”ün xüsusi yeri var. Bu başlıq altında Abayın 45 nəsihəti toplanıb. Abay ömrünün müdrik çağlarında bu nəsihətləri xalqı üçün yazıb, yadigar qoyub. Bu kiçik məktublarda böyük fəlsəfə var. Bu fikirlər bir xalqın taleyini, ömrünü, xarakterini, məişətini elə gözəl və zərrin çalarlarla açır ki, oxuduqca, insan dünyanın faniliyinin, yalnız sözün və əməlin əbədəliyinin şahidi olur. “Qara söz” qazax xalqının həmayili və göz muncuğudur.
Abayın “Qara söz”ü onun öz həyatının müxtəlif epizodları haqqında olsa da, bütün türk dünyasına, insanlığa ünvanlanmış mesajdır. Bu sözləri oxuyub hikmətinə varanlar, bir daha əmin olacaqlar ki, dünyada Tanrıdan və SÖZdən böyük heç nə yoxdur. Abay həm dövrə, həm dövrana, həm hakimlərə etiraz edir, həm də yazıqları, yolunu azanları sevir. Abay xalqının dərdinə dərman axtarır.
Elə isə, əziz oxucularımız, Modern.azsaytı olaraq, bu gündən etibarən Abayın 175 illiyi münasibəti ilə onun 45 “Qara söz”ünü sizin ixtiyarınıza veririk.
Birinci söz
Ömrümü yaxşı yaşadım, ya pis yaşadım, bunu deyə bilməsəm də, onu bilirəm ki, bu yolda çox keçməkeşlərdən keçdim: mübarizə və savaş, məhkəmə və mübahisə, əzab və həyəcanlar içərisində ahıl yaşıma çatdım, gücdən düşdüm, hər şeydən doydum, etibarsızlıq gördüm, lakin etdiklərimin bəhrəsini görmədim, həyatın heç olduğunun fərqinə vardım. İndi nə ilə məşğul olum, qalan həyatımı necə yaşayım? Öz suallarıma çavab tapmamağım məni təəccübləndirir. Xalqı idarə edimmi? Yox, xalq idarə olunan deyil. Qoy bu yükü üzərinə sağalmaz xəstəlik götürmək istəyən çəksin və yaxud da ürəyi gənclik eşqi ilə dolu çılğın bir gənc götürsün. Allah məni belə yükdən hifz etsin.
Yoxsa ki, mal-qaramı artırım? Yox bu da bir iş deyil. Qoy mal-qara ilə uşaqlar məşğul olsunlar, bu indi onlara lazımdır. Özümün qalan ömrümü mal-qara saxlayıb oğrulara və dilənçilərə, yoldan keçənlərə sevinc verməklə başa vurmaq istəmirəm.
Bəlkə elmlə məşğul olum? Yanında elmi mübahisə etmək üçün bir kimsə olmadığı halda, elmin dərinliyinə necə gedim? Yığdığım biliklərimi kimə ötürüm, bilmədiklərimi kimdən soruşum? Lap tutaq ki, əlimə bir kəfən alıb, durub çöllərə düşsəm, adamsız çöllərdə otursam belə faydası yoxdur. İnsanın yanında onu anlayan, dərdini-sevincini bölüşməyə həmdərdi olmayanda öyrəndiyi biliklər də dərdə çevrilir, insanı vaxtsız qocaldır.
Bəlkə özümü Allaha ibadətə həsr edim? Qorxuram ki, bu da alınmayacaq. İbadət üçün başdan ayağa əminlik və sakitlik lazımdır. Nə qəlbimdə, nə həyatımda dinclik yoxdur, belə adamların arasında , bu ölkədə zahidlik etmək mümkün deyil!
Bəlkə uşaqları tərbiyələndirim? Buna da gücüm çatmır. Tərbiyələndirərdim, lakin görürəm ki, onları heç nə ilə öyrətmək mümkün deyil. Onlara hansı işi öyrədim, hansı məqsədlə oxudum, hansı xalq üçün edim? Necə məcbur edim, hara yönəldim, əgər özüm bildiklərimi tətbiq etməyə yer tapmıramsa, bu uşaqlar məndən nə öyrənəcəklər? Mən burada da özümlə barışa bilmirəm.
Axır ki, bir qərara gəldim: öz fikirlərimi yazmaqla , ancaq kağız və mürəkkəbə sığına bilərəm. Əgər həmin fikirlərdə kimsə məna tapsa, qoy köçürüb və yadda saxlasın. İnsanlara gərək olmayanda isə, sözüm yenə özümə qalacaq. İndi mənim başqa qayğım yoxdur.
Tərcümə etdi: Aida Eyvazlı



Beynəlxalq Türk Akademiyası Abay Kunanbayevin 175 illiyini qeyd edir
Bakıda güclü yanğın başladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Ceyhun Bayramov Günay Əfəndiyeva ilə görüşdü
Astanada Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Qara dəniz uğrunda SAVAŞ: Rusiya israr edir!
100 ildən sonra ilk dəfə göründü
İlham Əliyev Tokayevə başsağlığı verdi
SON DƏQİQƏ: Qara dənizdə nə baş verir?- BÖYÜK YANĞIN
BÖYÜK TƏHLÜKƏ: Sürətlə böyüyən qara dəlik aşkarlandı
Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək
Prezident fərmanı: Azərbaycana yeni səfir təyin edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 