Çinin Vuhan şəhərində ortaya çıxan yeni tip koronavirus (2019-nCoV) epidemiyasına yoluxanların sayında artım var. ONN media xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının son açıqlamasına əsasən, 830 nəfər virusa yoluxub, 25 nəfər dünyasını dəyişib. Koronavirusa yoluxanlardan 177-nin vəziyyəti ağırdır. Onlarla təmasda olan 8 min 420 nəfər karantinə alınıb. Virusu daşıma şübhəsi olanların sayı 1072-dir. Ölkənin Tibet Muxtar Bölgəsi və Çinqay əyalətindən başqa, bütün bölgələrdə epidemiya yayılıb. Vuhan, Huanqqanq, İsou, Şienninq şəhərləri ilə Çıbi, Şientao, Cıcianq, Çiencianq rayonlarında metro, avtobus və gəmi səfərləri müvəqqəti dayandırılıb. Bəzi şəhərlərdə yanacaqdoldurma məntəqələri, xəstəxana, aptek və marketlərdən başqa fəaliyyət göstərən bütün obyektlər bağlanıb. Məktəb və universitetlərdə dərslər dayandırılıb. Hüquq-mühafizə orqanlarının istirahət günləri ləğv olunub. Maliyyə Nazirliyi Vuhan şəhərindəki epidemiya ilə mübarizə üçün 1 milyard yuan (144 milyon dollar) ayırıb. VİRUSUN ƏLAMƏTLƏRİ Ortaya çıxdığı yerin adı verilən "Vuhan virusu" nəfəsalma, asqırıq və öskürək zamanı hava yolu ilə keçir. İlkin simptomları yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı və ishaldır. Bir müddət sonra sətəlcəm və böyrək çatışmazlığına səbəb olur. Ölüm riski yüksəkdir. Virus ilk dəfə ötən il 12 dekabrda ortaya çıxıb.
DÜNYA ŞOKDA: ölü sayı sürətlə artır, qarşısını almaq mümkün olmur



ÜST son rəqəmləri açıqladı
Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə
Koronavirusla bağlı son rəqəmlər
Çindən qayıdan tələbədə koronavirus aşkarlandı
Çində son vəziyyət necədir?
Ölümcül virus Avropaya yayılır - Almaniya təşvişdə
SON DƏQİQƏ: koronavirus ABŞ ORDUSUNA SIÇRADI
Çində virusun qarşısını almaq üçün insanlar yandırılır?
Ermənistan ŞOKDA: 861 nəfər...
Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar
Koronavirus sürətlə yayılır - Prezident hərəkətə keçdi
Koronavirus bu ölkələrdə ən yüksək sürətlə yayılır - SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 