Yeni Azərbaycan Partiyası tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanov seçki kampaniyasını uğurla davam etdirir. Bu çərçivədə o növbəti görüşünü rayonun Qarabağlı kəndində keçirib. Deputatlığa namizəd seçicilərlə görüşüb, onlara seçki platformasından danışıb, habelə kənd sakinlərinin arzularını və təkliflərini dinləyib.
İqtisadçı alim, professor Zahid Məmmədov isə “Facebook” səhifəsində Sadiq Qurbanov barədə məqalə dərc edərək, Salyan seçicilərini onun namizədliyini dəstəkləməyə çağırıb. Professorun məqaləsini oxuculara təqdim edirik:
Ekoloji nədir? Bilmədiyiniz üçün üzülməyin, ekologiyanın mahiyyətini və məzmunu bilənlərin sayı olduqca çox az. Halbuki, günümüzdə ən önəmli məsələsi Ekologiyadır. 2008-ci ildə baş verən qlobal iqtisadi böhran mövcud iqtisadi modelin “dalan nöqtəsini” təsdiqlədi. Xüsusilə dünya iqtisadiyyatının qloballaşması, inkişaf etmiş ölkələrin iqtisadi yüksəlişi, yeni iqtisadiyyatların sürətli inkişafı fonunda bu hadisə bəşəriyyət üçün sürpriz oldu. Qlobal böhran “yaşıl” iqtisadiyyatın formalaşmasına öz töhfəsini verdi. Bir çox dövlətlər ekoloji komponentin əhəmiyyətli yer tutduğu antiböhran proqramlarını fəal şəkildə inkişaf etdirir.
Dünya və ölkənin iqtisadi modelində qlobal və köklü dəyişikliklərə ehtiyac duyulur. Məhz buna görə də bizə təbiətə həddindən artıq təzyiq göstərmədən cəmiyyətin rifahını təmin etməyə qadir olan yeni inkişaf paradiqmasına ehtiyac var. İqtisadiyyatın yaşıllaşdırılması, “ekoloji cəhətdən təmiz” istehsalın və innovasiyanın inkişafı iqtisadi alətlərin bütün spektri ilə dəstəklənməsinin zamanıdır: vergilər, kreditlər, subsidiyalar, tariflər, rüsumlar, ekoloji sığorta və s. Bundan sonra, ekologiyanı çox dərindən bilmədən, iqtisadi –sosial sahədə ciddi irəliyiş əldə etmək mümkün deyildir.
Bu nədənlə ekoloji mövzuları dərindən bilən və bildiyini mükəmməl izah edə bilən, bildiyinin doğru olduğu üçün mübarizə və müzakirə etmə qabiliyyətinə malik təmiz ölkə naminə dos.dr. Sadiq Qurbanova dəstək olaq!
Nədən Sadiq Qurbanov?
1. Dövlət mənafeyini müdafiə edə bilir;
2. Xalqın içində nüfüzü var və mənəvi keyfiyyətlərə malikdir;
3. Seçicilərin nə istədiyini bilir və onların haqlı mənafeyini müdafiə etməyi bacarır;
4. Nizam-intizamlı və öhdəliklərinə sadiq insandır;
5. Fəaliyyətində və hərəkətlərində populizm, qərarsızlıq və aqressiv davranışlara yol vermir.



Sadiq Qurbanov Siyəzəndə seçicilər ilə görüşüb
DİN Kamil Musəvi ilə bağlı araşdırmaya başladı
Namizəd Sadiq Qurbanov aprel şəhidinin evini ziyarət edib
ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ - 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)
ŞABRANDA MÖHTƏŞƏM SEÇKİ GÖRÜŞLƏRİ – Adil Əliyev gənclərə çağırış etdi
İlk dəfə deputat adı qazananların adları açıqlandı - SİYAHI
Namizədliyi təsdiqlənmiş 5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib
Toy günlərində səs verdilər
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB
Deputatlığa namizəd Qüdrət Nuriyev cəbhə bölgəsində bir sıra görüşlər keçirib (FOTOLAR)
Oqtay Əsədov seçicilərlə görüşə getmədi - FOTOLAR
Zahid Oruc namizədliyini irəli sürdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 