Fevralın 6-da Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu qəbul edib. Görüşdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov da iştirak edib. ONN media xəbər verir ki, qonaqları səmimi salamlayan nazir Azərbaycan ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Yanvar ayının sonunda paytaxtımızda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfransın böyük rezonans doğurduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu tədbirlə bağlı müsbət rəylərin səsləndiyini vurğulayıb. Qeyd olundu ki, gələcəkdə bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Ölkəmizin qədim və zəngin mədəniyyəti, irs nümunələri haqqında qonaqlara məlumat verən nazir eyni zamanda incəsənət sahəsində Rusiya ilə uğurlu əlaqələrdən söz açdı, Azərbaycanın müxtəlif ölkələrlə də faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Vurğulandı ki, son illərdə Rusiya ilə mədəni əlaqələr yüksələn xətlə inkişaf edir və hər iki ölkədə keçirilən tədbirlər bunun bariz nümunəsidir. Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında Heydər Əliyev Fondunun dəstəyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini deyib və bu tədbirlərin hər zaman maraqla qarşılandığını söyləyib. Nazir söhbət əsnasında rusiyalı qonağı bu il Bakıda yeddinci dəfə keçiriləcək Beynəlxalq Humanitar Forumda yaxından iştiraka dəvət edib. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səmimi qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycanın bu il Sankt-Peterburq şəhərində keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda təmsil olunması ilə bağlı fikirlərini bölüşərək Azərbaycan nümayəndə heyətini bu mötəbər tədbirdə görməkdən məmnun olacağını diqqətə çatdırıb. Daha sonra görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
Mədəniyyət naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsini qəbul etdi



Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşdü
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
Emin Əmrullayev Putinin nümayəndəsi ilə görüşdü
Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi
Nazir Fuad Məmmədovla görüşdü
Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
Anar Kərimov David Zalkaliani ilə görüşdü
Bakı İrəvana atəşkəs təklif etdi- Rəsmi
Rusiyanın yeni səfiri Elmar Məmmədyarovla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 