ONN media xəbər verir ki, sentyabrın 30-da mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanaratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev Vira Rojpojçanaratı ölkəmizdə görməkdən məmnunluğunu ifadə etdi. Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu abidələrin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir.
İki ölkə arasındakı münasibətlərə toxunan Əbülfəs Qarayev mədəniyyət sahəsində də əlaqələrin perspektlərindən danışdı, Azərbaycanın bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Səmimi qəbula görə minnətdarlığını bildirən Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanarat ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirdi. Səfəri çərçivəsində ölkəmizin mədəni həyatı ilə tanış olmaq imkanı olduğunu deyən qonaq Azərbaycan mədəniyyətinin Tailand vətəndaşları üçün maraqlı ola biləcəyini diqqətə çatdırdı.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğuladı, maraq doğuran digər məsələlər müzakirə olundu.



Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
Əbülfəs Qarayev xaricə getmək istədi – Aeroportdan qaytarıldı
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Mədəniyyət naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsini qəbul etdi
Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
Mədəniyyət naziri Gəncə şəhərində olub
Nazir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Nazir Fuad Məmmədovla görüşdü
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 