Bu ilin 6 ayıda Azərbaycana üz tutan xarici turistlərin sayı 1 milyon 323 min 303 nəfər olub.
ONN media xəbər verir ki, Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə AzərTAc-a bildirib ki, ölkəmizə ən çox turist axını Rusiyadan olub ki, onların da sayı 403 min 549 nəfər təşkil edib. Bundan başqa, Gürcüstandan 279 min 102, İrandan 146 min 480, Türkiyədən isə 142 min 476 nəfər turist ölkəmizə səfər edib. Digər yerləri BƏƏ, Ukrayna, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Krallıq, İsrail, Hindistan, Pakistan, Türkmənistan, Qətər və başqa ölkələr bölüşür.
K. Nağıyev əlavə edib ki, ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. Bildirib ki, Bakının kommunikasiya və marketing planı hazırlanır və turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası üzrə də işlər görülür. Xüsusən paytaxtda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Hazırda turizm sektorunda bir neçə istiqamət üzrə bazarlar öyrənilir: “Eko və aqro turizmin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bundan başqa, bələdçilərin, otel işçilərinin, turizm menecerlərin sayının artırılması nəzərdə tutulub”.



Azərbaycan 3 milyonuncu qonağını gözləyir
Bu il ölkəyə nə qədər turist gəlib? – Nazirlik açıqladı
Agentlikdən Qarabağ açıqlaması: "1 milyona yaxın insan gələcək"
Ölkəmizə gələn turistlərin sayı artıb
Ötən ay Azərbaycana 185 mindən çox turist gəlib
Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı...
Ölkəyə gələn turistlərin STATİSTİKASI
Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
Azərbaycana gələn ərəblərin sayı azaldı
Azərbaycana turist axını artdı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 