ONN media xəbər verir ki, Dövlət Turizm Agentliyi son zamanlar Azərbaycana gələn ərəb turistlərin sayının azalmasına münasibət bildirib.
Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Oxu.Az-a açıqlamasında bildirib ki, 2019-cu ilin iki ayı ərzində Azərbaycana gələn ərəblərin sayında 7 faiz azalma var:
“Bu, müvəqqətidir. Çünki ərəb ölkələrindən Azərbaycana turistlərin gəlmə istiqamətində müəyyən şərtlər dəyişib. Son zamanlar həmin ölkələrdən Azərbaycana birbaşa uçuşların sayı azalıb. Ümumiyyətlə, tək ərəb ölkələri deyil, Yaxın Şərq regionundan gələn turistlərin sayı azalıb.
Bunun müxtəlif səbəbləri var və müəyyən ölkələrə viza verilmə qaydaları fərqləndirilib. Həmin bölgələrdən bu yaxınlarda iki yeni aviaşirkət uçuşlara başlayıb. Biz bu ilin fevralından Yaxın Şərq bölgəsində geniş təbliğat kampaniyasına başladıq və təbliğat işləri aparılır.
Bir şeyi nəzərə almaq lazımdır ki, turizm həm qəbul etmək, həm də yola salmaqdır. Yaxın Şərq bölgəsi iqtisadi və siyasi problemlərin çox olduğu bölgədir. Belə halların olması normaldır. Burada qeyri-adi bir şey yoxdur. Müvəqqəti azalmadan söhbət gedir.
Ölkəyə gələn turistlərin sayında 3 faiz artım varsa, ölkə turizmindən gələn gəlirlər də artır. Hansısa bazardan bir ayda gələn gəlir düşürsə, digərində artır. Bu da normaldır. Unutmaq lazım deyil ki, yanvar-fevral ayı turizmdə aşağı mövsüm sayılır. Bizdə yuxarı mövsüm isə indi başlayır”.
Kənan Quluzadənin sözlərinə görə, ölkəyə gələn ərəb turistlərin sayında bu il ərzində 7 faiz azalma olsa da, ümumi turistlərin sayında 3 faiz artım var:
“70 faiz Cənubi Asiya, 30 faiz Mərkəzi Asiya, 15 faiz isə digər ölkələrdən gələn turistlərin sayında artım var. Biz yeni bazarlar istiqamətində işlər görürük ki, turizm sahəsində rəqəmlər stabil olaraq inkişaf etsin”.
Agentlik rəsmisi İrandan Azərbaycana gələn turistlərin sayının azalmasına da aydınlıq gətirib.
O qeyd edib ki, ötən ildən başlayaraq İrandan digər ölkələrə çıxış 50 faiz azalıb:
“2018-ci ildə Azərbaycana İrandan gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən 33 faiz, İrandan Gürcüstana gedənlərin sayı isə 45 faiz azalıb. Bu, İrana qarşı tətbiq edilmiş sanksiyalar, oradan turist çıxışı üçün tətbiq olunan vergi və valyuta əldə edə bilməməklə əlaqəlidir. Biz bilirdik ki, Novruzda iranlıların sayı azalacaq və bu, gözlənilən idi”.



Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb
Azərbaycana gələn ərəblərin sayı azaldı
Azərbaycan 3 milyonuncu qonağını gözləyir
Ərəb turistlərin Azərbaycana marağı azalır. Səbəb?
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
Ölkəmizə gələn turistlərin sayı 6 faiz artdı
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
Aviabiletlər ucuzlaşa bilər
Qahirədən Qəbələyə ilk çarter reysi
Azərbaycana təkrar səfər edənlər daha çox hansı ölkələrin vətəndaşlarıdır?
Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 