Öz əlinizlə qatıq hazırlamaq istəyirsinizsə, bu üsulu sınayın. Ən dadlı qatığı aşağıdakı qaydada hazırlayırlar: Südü konus formalı, təmiz çuqun qaba süzürlər (dərhal sağdıqdan sonra). Ən cüzi çirk belə məhsulun korlanmasına səbəb ola bilər. Bundan başqa, ən mühüm şərtlərdən biri də qaba yuxarıdan işığın düşməməsidir. Bu, məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Bundan sonra südü vam odda qaynadırlar və köpük əmələ gələndə qırağa çəkirlər. Qaynanmış südü əvvəlcədən hazırlanan yerə qoyurlar. Qabın yerini dəyişdirmək, südü qəti qatışdırmaq olmaz. Süd soyuyur və onun temperaturu 25 dərəcəyə çatdıqdan sonra üzərində yaranan pərdəni yavaş-yavaş aralayaraq həmin "girişdən" südün içinə ehtiyatla çalası (maya) əlavə edirlər. Maya üçün boyat qatıqdan (5-6 dəfə su qatılmış) istifadə edirlər. Maya qabın dibinə çatmalıdır. Bundan sonra çuqun qabı qapaqla örtüb, istilik üçün təmiz dəsmala bükürlər. Bir sutkadan sonra qatıq hazırdır. Öz-özünə, yəni mayasız turşuyan südə bizlərdə "şeytan qatığı" deyir, belə qatığı yemirlər. Qatığın orqanoleptik göstəriciləri hansı heyvanın südündən qoyulmasından asılıdır. Camış qatığı inək qatığından daha qatı, yağlı və ləzzətlidir. Camış qatığından yüksək keyfiyyətli kəsmik hazırlayırlar. Qoyun südündən alınan qatıq öz orqanoleptik keyfiyyətlərinə görə camış qatığından heç də geridə qalmır, lakin onun turşuluğu daha yüksəkdir.
Dadlı qatığı evdə necə hazırlayaq?



Evdə hazırlaya biləcəyiniz asan dondurma resepti
Evdə qatıq çalmağın ASAN ÜSULU
Blinçik xəmiri resepti
Ən həcmli kartoflu xəmir
Çiyələkli tort resepti
Xaçapuri resepti
New york çizkeyki - Resepti
Limonlu keksin hazırlanma QAYDASI
Yuxu zamanı qaraciyəri zəhərlərdən təmizləyən MÖCÜZƏVİ İÇKİ
Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI
Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI
Hindistan mətbəxindən – Jalebi resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 