Yağlı üz dərisinə qulluq etmək - xüsusilə də yayda heç də asan məsəslə deyil. Əgər xoşagəlməz parıltı səni üzü yuduqdan bir neçə saat sonra yenidən narahat edirsə, sən düzgün ünvana müraciət etmisən.
DİAQNOZU DIQİQLƏŞDİR
İlk öncə dərinin həqiqətən də yağlı dəri tipinə aid olduğunu müəyyən etmək lazımdır. Çox vaxt bizim yağlı saydığımız orqanizmdə baş verən hormonal dəyişikliklər və kişi cinsiyyət hormonlarının qadınlarda normadan yüksək olmaları ilə yaranır. Lakin əgər sənin dərin gündüz vaxtlarında artıq artıq yağlanmadan əziyyət çəkirsə, həmçinin məsamələr çox gözəçarpacaq, T-zonasında isə bilavasitə səpkilər əmələ gəlirsə, demək həqiqətən də üz dərin yağlıdır.
ÜZ YUYULMASI ÜÇÜN ÖZ MƏHSULUNUZU SEÇİN
Əgər üz dərin yağlıdırsa, onda üz təmizləyici vasitələrlə yuyulmadan sonra dartılma hissi sənə tanışdır. Xüsusilədə aqressiv vasitələrlə yuyulduqdan sonra. Bu çox pis əlamətdir: əgər bu hallar tez-tez təkrarlanırsa, demək sən problemi daha çox dərinləşdirirsən. Çünki bu proses üz dərisində daha artıq sebum ifrazını artıracaq. Belə ki, üz dərisini qurutmayan gel və ya digər yuyulma üçün yumuşaq vasitədən istifadə et.
TONİKİ UNUTMA
Tonik təbii pH-səviyyəsini stabilləşdirmətə kömək edir, məsamələri vizual olaraq kiçildir və iltihab prosesini aradan qaldırır - yəni yağlı dərinin əsas problemləri ilə mübarizə aparır. Həmçinin o qıcıqlanma və səpkilərə səbəb ola biləcək çirk və makiyaj qalıqlarını təmizləyir.
MASKANI SINA
Əgər dərin yağlıdırsa, sənə mütləq olaraq gil maskası lazımdır. O çirki sovuraraq məsamələri təmizləyir və dəri hasilini azaldır.
NƏMLƏNDİRİCİ VASİTƏLƏRDƏ QƏNAƏT ETMƏ
Heç vaxt dərini qurutma. Əslində yağlı dərinin sağlam qalması üçün nəmlənməyə daha çox ehtiyacı var. Tərkibində yağ olmayan yüngül teksturlu məhsullar və gellərdən istifadə et, nəticənin daha da yüksək olmağı üçün zərdabı unutma.
ƏLİNİN ALTINDA HOPDURUCU SALFET SAXLA
Günün ikinci yarısında sənin dərin daha çox yağ ifraz edir. Bu kifayət qədər normaldır, yalnız sənə xoşagəlməz hisslər verə bilər. Hopdurucu salfetlər – üz dərisindən lazımsız yağı silməyin əla variantıdır.
DÜZGÜN CİLALA
Cilalama ölmüş hüceyrələri təmizləyərək qıcıqlanmanı aradan götürür. Lakin biz yağlı üz dərisi sahiblərinə üz təmizlənməsi üçün cihazdan istifadə etməyi tövsiyə etməzdik - onun yerinə hidroturşu əsaslı cilalayıcı vasitədən istifadə et. Məsələn, solisil turşusu tərkibli məhsullar üz dərisini cilalayaraq məsamələri təmizləyirlər.
GÜNƏŞDƏN QORU
Əgər üz dərin yağlı parlaqlığa meyillidirsə, onda adi gündən qoruyucu vasitə adi eşitdikdə belə diskomfort hissi yaşayacaqsan. Sənə xoş xəbərimiz var. Artıq satış bazarında kifayət qədər yüngül teksturlu gündən müdafiə kremləri mövcüddur. Həmçinin əksər gündüz kremlərinin tərkibində SPF olaraq heç də digər məhsullardan geri qalmır.



Üz dərisində sızanaqlar
Yağlı dərisi olanlara MƏSLƏHƏT: Üzünüzü tez-tez...
Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər
Neçə gündən bir duş almalıyıq? - 4 məqama diqqət
Quru dəriyə necə qulluq edilməlidir?
Adi soda ilə 3 möcüzəli MASKA. Cavan, təravətli, təmiz dəri!
Depressiyaya qarşı ən yaxşı VASİTƏ
Üzə necə qulluq etmək lazımdır?
Üzümüzə necə qulluq edək?
Yağlı saçlardan necə xilas olaq? - TƏBİİ MASKA
Streslə necə mübarizə aparaq?
Qışda dəriyə düzgün qulluq etməyin yolları
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 