Xüsusilə isti yay günlərində gündəlik duş almaq insanı rahatlaşdırır. Amma duş qəbul etmək hər zaman sağlamlıq baxımından faydalı hesab edilmir.
Əslində diqqət etməli olduğunuz bir neçə məqam var. ONN media onları təqdim edir:
Dəriniz qurudur?
- Xüsusilə quru və ekzemalı dəriniz varsa, hər gün duş qəbul etməsəniz daha yaxşı olar.Çünki quru dərili insanlar duş qəbul edərkən dəri sağlamlığı üçün lazım olan üz yağlarını da itirirlər. Bu da dərinin daha da qurumasına və çatlamasına səbəb olur.
Əgər yağlı dəriniz varsa, gündəlik duş qəbul etmək daha yaxşı olar. Əks halda üzünüzdə yığılan kir və tər sızanaq kimi arzuolunmaz əlamətlərə səbəb ola bilər.
Gündəlik rejiminiz necədir?
- Kondisionerli bir mühitdə işləyirsinizsə, tərdən və kirdən uzaq yaşayırsınızsa, hər gün duş qəbul etməyə ehtiyac yoxdur.Əgər həyat tərziniz bir az daha aktiv və fiziki işləməyinizi tələb edirsə, hər gün duş qəbul etməyiniz məsləhətdir.
Çünki dərinizdə yığılan kir və tər göbələk kimi bir çox xəstəliyə səbəb ola bilər.
Neçə yaşınız var?
- Təəccüblüdür ki, nə qədər tez-tez duş aldığınızı təyin etmək üçün yaşınız da çox vacibdir. Yaşlandıqca insan dərisi elastikliyini itirir və nazikləşir.Nəticə olaraq, əgər yaşınız böyükdürsə, isti və tez-tez duş qəbul etməkdən çəkinmək tövsiyə edilir.
Saç tipiniz nədir?
- Bir qayda olaraq, yağlı saçlarınız varsa, daha tez-tez duş ala bilərsiniz. Saçınız quru tipdirsə, duş qəbulunu azaltmaq lazımdır.



Acqarnına bunları etməyin - 4 SƏHV
Vanna qəbul edərkən buraxdığımız 8 YANLIŞ
Dəriniz qurudursa bunu edin
Soyuq duşun — FAYDALARI
Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər
Kükürdlü sabun nədir? - Dəri və saçlar üçün 8 faydası
Xurma maskasının hazırlanması və faydaları
İsti su içməyin İNANILMAZ FAYDALARI üzə çıxdı - VİDEO
Şirin qarpızı necə seçmək olar? - 7 MƏSLƏHƏT
İsti duş sağlamlığa ziyan vurur?
Cildinizi payıza hazırlayın
Buxar vannası həqiqətən faydalıdırmı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 