Dəri problemlərinin birbaşa qidalanma ilə əlaqəli olduğunu söyləmək olmaz. Onun quru və ya yağlı olması hormonal xəstəliklərin də əlaməti ola bilər. ONN media xəbər verir ki, bu barədə Rusiya Milli Dietoloqlar Dərnəyinin üzvü Nataliya Kruqlova “Life.ru”ya verdiyi müsahibədə danışıb. “Bəzən yalnız irsi amillər, bəzən də hormonal balansın pozulması səbəbindən dərinin yağlılığı artır. Bunun birbaşa pəhrizdən asılı olduğunu deyə bilmərik. Çünki bu, hər kəs üçün keçərli deyil. Elə xəstələr var ki, balanslı qidalanmaya diqqət yetirməsinə, rasiondan artıq yağlar və sadə karbohidratları çıxarmasına baxmayaraq, nəticələr dəriyə təsir etmir. Hər halda qidalanmanı normallaşdırmaq və pəhrizdəki heyvan mənşəli yağların miqdarını azaltmaq lazımdır. Sağlam qidalanmaya diqqət yetirin, daha çox tərəvəz, göyərti, meyvə, tam taxıl çörək, tərkibində A və E vitaminləri olan qidalar qəbul etmək lazımdır, lakin şirniyyat və sadə karbohidratlar məhdud olmalıdır. Tərkibində doymuş yağlar çox olduğu üçün kolbasalardan da imtina etməyə dəyər”, - həkim açıqlamasında bildirib. Dermatoloq Yekaterina Vertiyeva isə quru, normal və yağlı dərinin genetik olaraq miras qaldığını vurğulayıb: “Yağlı dəri də iki növə malikdir: adi yağlı, nəmsiz yağlı. Bu, tez-tez quru ilə səhv salınır, odur ki, lazımi dərəcədə baxılmır. Yağlı dəri yüngül qulluğa ehtiyac duyur, bunlar əsasən gellər, mayelərdir. Yəni dərinin nəfəs almasına imkan verən məhsullar istifadə etməlisiniz. Yağlı dəri yağlı kremlərin tətbiq olunmasına dözmür. Qara nöqtələrin, sızanaqların yaranmasının qarşısını almaq üçün turşuların istifadəsini tələb edir. Yağlı nəmsiz dərini quru ilə qarışdırmaq olmaz. Birincisi lipid səth qatının bərpasını, ikincisi isə nəm tələb edir”.(publika.az)
Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər



Oynaq ağrılarının əsas səbəbi nədir?
Yayda bu yeməklərdən uzaq durun
Dərim niyə quruyur? Bilmədiyiniz SƏBƏBLƏR
İmtahandan öncə zehni POZAN QİDALAR NƏLƏRDİR?
Ramazanda düzgün qidalanmağın yolları
Qidalanma ilə bağlı bilmədikləriniz
Yağlı dəriyə necə qulluq etmək olar?
Boyun uzanmasına nə təsir göstərir?
Dəridə qırışmaya təsir göstərən amillər hansılardır?
Bu 5 vərdiş dəriyə zərərdir
İsti havada düzgün qidalanma QAYDALARI
Təzyiq xəstələrinin diqqətinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 