Aprel 29-da Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti baş tutub. ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib. Tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində bölgədəki son vəziyyət, eləcə də Avropa İttifaqı ölkələrinin hazırkı durumu ətrafında ümumi fikir mübadiləsi apardılar və bu xüsusda beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Telefon söhbəti zamanı tərəflər xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər. E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans şəklində baş tutmuş görüşü barədə məlumat verdi, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz üvlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.
Məmmədyarov Klaarla danışdı - NƏLƏR MÜZAKİRƏ EDİLDİ?



Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
Ceyhun Bayramov və Aİ-nin xüsusi nümayəndəsi arasında telefon danışığı olub
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Nyu Yorkda ABŞ-Azərbaycan münasibətləri müzakirə olundu
Məmmədyarov Lavrovla gündəmdə olan məsələni MÜZAKİRƏ ETDİ
Məmmədyarov həmkarı ilə telefonda danışdı
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı
Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və vaxtı açıqlandı
Ceyhun Bayramov Lavrovla danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 