Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, hazırkı qlobal vəziyyətə toxunan nazirlər, COVID-19 qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə fikir mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar. Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə edib və iki ölkə arasında mövcud olan siyasi münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd ediblər. Pandemiyaya baxmayaraq ticarət və iqtisadi münasibətlərin saxlanılması və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Həmçinin nəqliyyat, loqistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı fəaliyyət məsələlərinə toxunuldu. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində, BMT, MDB, həmçinin Avropa İttifaqı ilə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər daxil olmaqla, həyata keçirilən əməkdaşlıq və birgə addımları müzakirə etdi. Müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin gələcək gündəliyi müzakirə olundu. COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra təmasların gələcəkdə davam etdirilməsinə dair razılıq ifadə olunub.
Məmmədyarov həmkarı ilə telefonda danışdı



Azərbaycan və İraq XİN başçıları razılığa gəldi
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
Məmmədyarov Lavrovla gündəmdə olan məsələni MÜZAKİRƏ ETDİ
Ceyhun Bayramov Lavrovla danışdı
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Bayramov iranlı həmkarı ilə telefonla danışıb
XİN rəsmiləri nəyi müzakirə etdi?
Azərbaycan və Qazaxıstan XİN başçıları danışdı
Bayramov britaniyalı nazirlə müzakirə apardı
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı
Azərbaycan və Polşa XİN başçıları telefonla danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 