“Azəriqaz” İstehsalat Birliyi (İB) bu gün bir sıra informasiya mənbələrində "smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara münasibət bildirib. ONN media bildirir ki, İstehsalat Birliyi rəsmi olaraq bəyan edib ki, yazılan məlumatlar həqiqətə uyğun deyil və belə bir qərar qəbul olunmayıb: "Əslində Birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. “Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək. Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək. Daha bir məqama diqqət çəkmək istərdik ki, mexaniki sayğaclardan istifadə edən abonentlərimizin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 % yerinə yetirilir. Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur.
Bəzi mətbuat orqanlarında “smart-kart” tipli sayğacların daha çox problem yaratdığı barədə deyilənlər də düzgün yanaşma deyil. Çünki “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır"."Azəriqaz"dan yayılan məlumatlarla bağlı - AÇIQLAMA



"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
"Azəriqaz"dan qaz sayğacları ilə bağlı - AÇIQLAMA
“Azəriqaz” smart tipli sayğac quraşdırmağı dayandırdı
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
Qaz limiti nə vaxt sıfırlanacaq?
"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ
"Azəriqaz"ın kartlarına niyə pul yükləmək olmur?
Qaz sayğacları nə vaxt sıfırlanacaq?
Sabahdan yeni smart sayğacların istifadəsinə başlanır
Yeni sayğaclar quraşdırılacaq: koda düşmə, bloklanma, kartın oxunmaması...
Əvvəlkindən çox fərqlənən yeni müasir smart qaz sayğacları gətirildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 