“Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun heç birinci dalğası da olmayıb”.
ONN media bildirir ki, bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib: Onun sözlərinə görə, tövsiyələrə əməl etmək çox vacibdir: “Əgər ev şəraitində yığıncaq keçirilərsə və qonaqlardan birində koronavirus varsa, bu, digərlərinin də yoluxmasına gətirib çıxara bilər. Yaxın məsafədə təmasdan uzaq durmaq lazımdır. Epidemiya dövründə artma və azalma dalğası olur. Bunlar mümkün hallardır. Epidemiyanın gedişatından asılıdır. Misal üçün, koronavirus aşkar olunan şəxs ola bilsin ki, 14 gün bundan əvvəl yoluxub, amma xəstəlik özünü məhz bu gün biruzə verib. Belə hallar normaldır. Buna ikinci dalğa demək olmaz. Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun birinci dalğası çox şükür yüngül oldu. Deməyim odur ki, vəziyyət stabildir. O ki qaldı havaların isinməyinə, bir şeydən ümidliyik ki, respirator viruslar qrupu adətən mövsümü xarakter daşıyır. Havaların isinməsi ilə müəyyən qədər azalırlar. Biz də ümid edirik ki, havaların isinməyi bizə xəstəliklə mübarizədə kömək edəcək. Burada təkcə istiləşmə yox, ultrabənövşəyi şüalar faktoru da əsas rol oynayır. Ultrabənövşəyi şüaların zənginləşməsi virusa mənfi təsir göstərir. İnsanlarımızın karantin rejimi tövsiyələrinə əməl etmələri əsas məsələdir. Maska, əlcək, təcrid kimi qaydalara əməl etsinlər. Toplu halda gəzməsinlər və vacib olmadıqca çölə çıxmasınlar”. Qazet.azBaş infeksionistdən koronavirusla bağlı — SEVİNDİRİCİ XƏBƏR



"Virus gəzdirən xəstələrin müddəti bu tarixdə bitir" - Baş infeksionistdən sevindirici xəbər
"Bu dəfə çox çətin olacaq…" — Baş infeksionistdən XƏBƏRDARLIQ
Korona üçün isti havaya ümid etməyin – Həkim
Baş infeksionistdən koronavirusla bağlı — BƏD XƏBƏR: 6 ay...
Planeti koronavirusun üçüncü dalğası ağuşuna alır
Sentyabrda bizi nə gözləyir?
Bu ölkə koronavirusun üçüncü dalğasına hazırlaşır
Koronavirus qonşuda: Ölkəmizə keçmə ehtimalı... - Açıqlama
İranda koronavirusun ikinci dalğası BAŞLAYIR?
İKİNCİ DALĞA bu tarixdə başlayacaq - NAZİR
Koronavirus Bakıya gələ bilərmi?
Ölkədə qrip virusu ilə bağlı SON VƏZİYYƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 