Koronavirusun ağır forması xəstəxana şəraitində müalicə tələb edir. Amma insanların xəstəliyi yüngül keçirdikləri üçün evdə qalmaları düzgün deyil. Bu, epidemioloji nöqteyi-nəzərdən təhlükəlidir. Xəstəliyin başqasına keçmə ehtimalını azaltmaq, yayılmasının qarşısını almaq, evdə izolyasiya etmək çox çətindir.
ONN media xəbər verir ki, bunu baş infeksionist Cəlal İsayev deyib. O bildirib ki, koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir: "Əgər xəstəni ətraf mühitdən tam izolyasiya edib, başqalarını yoluxdurmasının qarşısını alaraq ev şəraitində onun müalicədən sonra laborator müayinəsini həyata keçirə bilsək, xəstəni evdə də müalicəsi mümkündür. Bunları edə bilmiriksə, xəstə mütləq xəstəxanada yatmalıdır". Ölkədə karantin rejiminin tədricən yumşaldıldığını deyən Cəlal İsayev bu qərarların ölkədəki vəziyyət təhlil olunduqdan sonra qəbul edildiyini qeyd edib. Onun sözlərinə görə, xəstəliyə yoluxanların artıb-azalması epidemiya dövründə müşahidə olunan haldır: "Bu say artıb-azala bilər. Nəzərə alaq ki, bir yandan da ölkəmizə xaricdən vətəndaşlarımızın gətirilməsi prosesi davam edir. Məsələn, Ukrayınadan gətirilən 120 nəfərdən 29-da koronavirus aşkarlanıb. Bunlar da yoluxma sayına təsir göstərir. Bu, epidemiya dövründə baş verən təlatümlərdir və belə dalğavari enib-qalxmalar müşahidə oluna bilər. Bundan çəkinmək lazım deyil. Sadəcə olaraq ölkədaxili yoluxmanın qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tələb və tövsiyələrə əməl etməliyik. Əsas insanların ölkədaxili yoluxmasının qarşısı alınmalıdır. Bu, çox təhlükəlidir və yoluxma sayı artarsa, bizim zamanında müdaxilə etməyimiz çətinləşəcək".(Teleqraf.com)


Ölkədə qrip virusu ilə bağlı SON VƏZİYYƏT
Koronavirusdan ölən şəxslərin adları niyə açıqlanmır? - Baş infeksionist AÇIQLADI
Evdə qalan xəstələrə dərmanın çatdırılması məsələsi... - Nazirlik rəsmisi
Test vermədən özünü evdə müalicə etmək olmaz - Baş infeksionist
Avqustun 5-dən SMS-icazə ləğv ediləcək - Toylar isə...
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq amma...” - Baş infeksionist
Azərbaycanda xüsusi karantin rejimi nə vaxt bitəcək? – Baş infeksionist
Baş infeksionistdən XƏBƏRDARLIQ: İnsanlar virusun daha çox yayılmaması üçün...
Cəlal İsayevdən vətəndaşlara maska ilə bağlı TÖVSİYƏ
Baş infeksionistdən xəbərdarlıq: Uşaqlarda temperatur və qusma hallarının SƏBƏBLƏRİ
Baş infeksionistdən koronavirusla bağlı — BƏD XƏBƏR: 6 ay...
"Virus gəzdirən xəstələrin müddəti bu tarixdə bitir" - Baş infeksionistdən sevindirici xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 