“Son vəziyyət analiz olunacaq. Əgər nəticə imkan verərsə yumşalmaya gedilə bilər”.
Bunu açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.
O bildirib ki, hazırkı vəziyyətdə yoluxmaların azalması, xəstəlikdən sağalanların sayının isə artması müşahidə olunur: “Bu, belə davam edərsə və kifayət qədər bizi qane edən vəziyyət yaranarsa, müəyyən məsələlərdə yumşalmalara gedilə bilər. Bu, 10 gün bundan sonrakı mərhələdir və o dövrdə alınan nəticələr təhlil olunmalıdır. Hansı sahələrdə yumşalmaların aparılacağı ilə bağlı tam dəqiq məlumatı rəsmi təhlillərdən sonra deyə bilərik. Düşünürəm ki, indidən proqnoz vermək bir qədər yanıldıcı olar. Əvvəlki yumşalmada mollar və iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olundu. Amma sonra yenidən bağlandı. Demək ki, bu uğurlu nəticə verməmişdi.
C.İsayev qeyd edib ki, hazırda bu situasiya düzgün qiymətləndirilməli və bütün detallar nəzərə alınmalıdır: “Qiymətləndirmədən sonra bununla bağlı nələrsə sözyləmək olar. Amma yumşalmalara gediləcəksə, ilkin olaraq epidemioloji baxımdan təhlükəsi az olan sahələr fəaliyyətə başlamalıdır. Açılması riskli olan sahələrin bərpası böyük təhlükə deməkdir. Təhlil aparıldığı zaman bunlara diqqət yetiriləcək. Adları ilə də demək olmaz ki, biz hansısa sahəni bərpa edəcəyik. Məsələn, desək ki, iri ticarət mərkəzləri və restoranlar açılacaq və bu baş tutmasa, biz insanları ümidli etmiş olacağıq. Əvvəlcədən konkret ad söyləmək çox çətindir. İnsanlar burada çaşa bilərlər”. (Publika.az)



"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" — AÇIQLAMA
"Virus gəzdirən xəstələrin müddəti bu tarixdə bitir" - Baş infeksionistdən sevindirici xəbər
Baş infeksionist: "Xəstəlik Azərbaycana da keçə bilər"
Operqərargah toplanır: Məktəblər açıla bilərmi?
"Bu dəfə çox çətin olacaq…" — Baş infeksionistdən XƏBƏRDARLIQ
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - Bu aydan etibarən...
Şənbə-bazar günləri ictimai nəqliyyat bərpa edilir? — AÇIQLAMA
İyulun 20-dən sonra karantin rejimi uzadılacaqmı? - Baş infeksionistdən AÇIQLAMA
Karantin rejimi aprelin 20-dən sonra davam edəcək? - Prezidentdən AÇIQLAMA
Ölkədə qrip virusu ilə bağlı SON VƏZİYYƏT
Atılan maskalar yenidən istifadə olunur?
Metronun açılmasına bu halda icazə verilə bilər - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 