Azərbaycanşünaslığın formalaşmasında tarixçilər, türkoloqlar, şərqşünaslar, qafqazşünaslar, dilşünaslar, etnoqraflar və digər elm sahələrini təmsil edən, həm klassik, həm müasir dövrün yaradıcı insanları, görkəmli alimlər iştirak etmişlər. AMEA Mərkəzi Elmi Kitabxanadan ONN media -ya verilən məlumata görə, Azərbaycan kitabxanaları, o cümlədən AMEA MEK müstəqillik dövründə ölkənin həyatında baş verən yenilikləri, islahatları dəqiq əks etdirməklə yanaşı yeni texnologiyaların informasiya resurslarının, innovativ ideyaların reallaşdırılmasında fəal iştirak etməli, öz professional öhdəliklərini heç bir ambisiyadan çıxış etməyərək Azərbaycanımız naminə siyasi və sosial təhlükələri sovuşduracaq vətənpərvər cəsarətlə yerinə yetirməlidir. Məhz bu məqsədlə, AMEA MEK Azərbaycanşünaslığa dair bütün elmi resursları əhatə edərək elektron informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək, rekonstruksiya olunmuş Azərbaycanşünaslıq şöbəsinin yaradılmasına qərar vermişdir. Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşmasıdır. Şöbədə Azərbaycançılıq və Azərbaycanşünaslığa dair ictimai, humanitar, dəqiq və yer elmləri sahəsinə dair tədqiqatların nəticələri – dissertasiyalar, monoqrafiyalar, kitablar, elmi toplular və s. sənəd, materiallar toplanılır. Həmçinin şöbədə beynəlxalq aləmdə qəbul edilmiş biblioqrfaik standartlara uyğun olaraq sistemləşdirilmə, ənənəvi (əvvəlki illərdə artıq dondurulmuş və nöqsanlı olan aparat-kataloqlar yenidən işlənilməklə) və elektron informasiya-axtarış aparatının yaradılması, ayrıca ən aktual hesab edilən materialların annotasiyalı elektron məlumat bazasının tərtibi, Azərbaycanşünaslıq baxımdan xarici dillərdə və fərqli formatlarda olan əhəmiyyətli nəşrlərin xüsusi bölmələrinin əlavə edilməsi nəzərdə tutulur. Azərbaycançılıq və Azərbaycanşünaslığın aktual mövzularına həsr olunmuş, həm Azərbaycan, həm də xarici dillərdə dövri-mətbuat materiallarının elektron məlumat bazasının təşkili də bura daxildir. Eyni zamanda mütəmadi olaraq cari, retrospektiv, şəxsi və elmi-sahəvi biblioqrafik göstəricilərin nəşri də şöbənin fəaliyyətinin bir istiqaməti olacaqdır. Yeni yaradılan şöbənin AMEA MEK-in kitabxana-informasiya şəbəkəsinin müasir informasiya-kommunikasiya texnologiyaları bazasında modernləşdirilməsini nəzərdə tutan konsepsiya əsasında əsasnamə və nizamnaməsi də işlənilmişdir. Strateji məqsədimiz bütün dünya ölkələri ilə beynəlxalq əlaqələrdə informasiya mübadiləsini apara biləcək Azərbaycanşünaslıq üzrə elektron informasiya mərkəzinin yaradılmasıdır.
Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradıldı



Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradıldı
Ramiz Mehdiyev yeni direktor təyin etdi
MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib
AMEA-da prezident seçkiləri keçiriləcək
Mərkəzi Elmi Kitabxanaya yeni direktor TƏYİNATI
AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət etdi
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
AMEA-da iki vacib təyinat
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 