AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı 2018-ci ilin yekun təlimini keçirib. “Vahid Qeydiyyat Sistemi daxilində komplektləşdirmə və kataloqlaşdırmada korrektə, redaktə və biblioqrafik qeydlərin problemləri” mövzusuna dair təlimi MEK-in İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova aparıb. Kitabxana-xidmət şöbəsinin əməkdaşlarının iştirak etdiyi təlimdə MEK fondlarında mövcud olan "Azərbaycan kitab abidələri" reyestrinə daxil ediləcək sənədlərin seçilməsi və elektron kataloqda dəqiq əks olunması haqqında məlumat verilib. Həmçinin "Azərbaycan kitab abidələri" reyesterinə daxil olan kitab və sənədlərin - respublika üçün əhəmiyyətli qədim nəşrlərin, elmi-tarixi mahiyyət kəsb edən xüsusi nəşrlərin meyarları da ətraflı izah edilib.
AMEA Mərkəzi Elmi Kitabxanadan ONN media -ya verilən məlumata görə, tədbirdə Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva çıxış edib. O, MEK tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında MRY bazasına daxil edilən sənədlər haqqında danışıb.
Sonda MEK əməkdaşları tərəfindən verilən suallar ətrafında müzakirə aparılıb.



MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib
Mərkəzi Elmi Kitabxana Böyük Muruq kəndində “Açıq kitabxana” layihəsini həyata keçirib
Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradıldı
Ramiz Mehdiyev yeni direktor təyin etdi
Mərkəzi Elmi Kitabxana hərbi hissəyə kitablar hədiyyə edib
Mərkəzi Elmi Kitabxananın Nadir fondunun elektron reyestrinə yeni kitablar daxil edilir
Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradıldı
AMEA Naxçıvan Bölməsinin kolleksiyası MEK-də mühafizə olunur
MEK “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib
AMEA-da prezident seçkiləri keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 