Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir.
Dövlət İmtahan Mərkəzindən ONN media -ya verilən məlumata görə, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.
İmtahan Nəsimi, Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Sumqayıt (Sumqayıt, Xızı), Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan), Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz), Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd), Göyçay (Göyçay, İsmayıllı, Ucar), Lənkəran (Lənkəran, Astara, Lerik), Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)), Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli), Şəki (Şəki, Oğuz, Qəbələ), Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən) imtahan mərkəzlərində keçirilir.
İmtahanda 19197 abituriyentin iştirakı nəzərdə tutulub.DİM-in məlumatına görə, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib.
Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.



DİQQƏT: Bu tarixdə qəbul imtahanı keçiriləcək
DİM imtahanlarla bağlı dəyişiklik etdi
Növbəti buraxılış imtahanlarının vaxtı - Bu rayonlarda keçiriləcək
Buraxılış imtahanlarının vaxtı açıqlandı - SON DƏQİQƏ
Qəbul imtahanlarının vaxtı açıqlandı
Şagirdlərin NƏZƏRİNƏ!
Mart və apreldə keçiriləcək imtahanların tarixləri...
DİM buraxılış imtahanları ilə bağlı məlumat yaydı
Əvvəlki illərin məzunları üçün imtahan nə vaxt keçiriləcək?
Bu tarixdə imtahan verəcək şagirdlərin nəzərinə
Ölkədə növbəti imtahanlar keçirilir
Bu tarixdə 6 imtahan keçiriləcək
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 