“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edir.
ONN media xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır: - təhsil: ali və ya texniki peşə - yaş həddi: 30 yaşına qədər - hərbi bilet (yararlılıq kateqoriyası ilə kişi namizədlər üçün) - boy: qadın namizədlər üçün 165 sm və daha uca, kişi namizədlər üçün 170 sm və daha uca. Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 (bir) ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar. Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar. Yüksək bal toplayanlar praktiki təlimlərdə iştirak edərək, “sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə qəbul ediləcəklər. İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz vəzifə kimi “platforma növbətçisi” yazılmalıdır. Elektron ərizələr 31 avqust 2020-ci il tarixinə qədər qəbul edilir.“Bakı Metropoliteni" İŞÇİ AXTARIR: Avqustun 31-dək...



“Bakı Metropoliteni” QSC maşinist axtarır
İş axtaranların DİQQƏTİNƏ
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Bağça müdiri olmaq istəyənlərin nəzərinə - MÜRACİƏT
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin DİQQƏTİNƏ!
Altı məktəbə yeni direktor təyin edildi
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir
DİQQƏT - Seçim bu gün başa çatır
Bakıdakı bu məktəblərə direktor axtarılır
DSX-nın Xüsusi Məktəbinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 