Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib. ONN media xəbər verir ki, bunu açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib. O bildirib ki, hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidədir: “Abidənin ətrafına tökülən zibillər ərazidən yığışdırılır. Bir müddətdir ki, ətrafda yaşayan sakinlər həmin əraziyə zibil atırlar. Abidənin qarşısındakı zibillər bir neçə dəfə təmizlənib, sakinlərə də xəbərdarlıq olunub. Belə halların təkrarlanmaması üçün müvafiq dövlət orqanlarına da müraciət olunacaq. Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, belə hallara yol verməsinlər. Abidələri qorumaq, onlara zərər yetirməmək hər bir vətəndaşın borcudur”. Qeyd edək ki, bu gün paytaxtın Suraxanı rayonunun Əmircan kəndində yerləşən və 14-cü əsrə aid Nizaməddin məscidinin baxımsız vəziyyətdə olduğu və zibilliyə çevrildiyini əks etdirən fotolar yayılıb.(kult.az)
Tarixi məscid zibilləndi - Nazirlik hərəkətə keçdi



Mehriban Əliyeva nöqtə qoydu- "SÖKÜLMƏYƏCƏK"
Dövlət Xidmətinin regional idarələri yaradılır
Prezident Azad Cəfərliyə YÜKSƏK VƏZİFƏ verdi
Səfərbərlik xidmətinə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mədəniyyət Nazirliyinin iki vəzifəli şəxsi işdən azad olundu
Prezident FƏRMAN İMZALADI
Əbülfəs Qarayevdən yeni təyinat
Nazirlikdən açıqlama- Bu bina tökülür
Laçında qəbirüstü at fiqurları tapılıb
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
Şəkidəki tarixi məbədi kim dağıtdı?
Tarixi abidə 1.7 milyona satışa çıxarılıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 