“Bildiyiniz kimi, koronavirus (COVID-19) virusu yayılmağa başlayan dövrdən Milli Məclis və deputatlar bu qlobal pandemiyaya qarşı mübarizədə öndə olub. Parlamentdə qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi fiziki, vəzifəli və hüquqi şəxslər üçün sanksiyalar müəyyənləşdirib. Bir qədər sonra isə məhz parlamentin təşəbbüsü ilə bu cərimə cəzaları daha da sərtləşdirilib. Ölkə qanunları qarşısında hamı bərabərdir. Bununla yanaşı, bütün vəzifəli şəxslər, o cümlədən, deputatlar qanunlara riayət olunmasında nümunə olmalıdır. Həmçinin, deputatlar təkcə parlamentdaxili fəaliyyətə görə yox, həm də parlamentdənkənar davranışlarına görə də məsuliyyət daşıyırlar”. ONN media xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin 1-ci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə elan olunmuş karantin müddətində vəzifəli şəxslərin qaydaları pozmasından danışarkən deyib. Komitə sədri bildirib ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toy mərasimi cəmiyyətdə haqlı narazılıqla qarşılanıb: “Çünki əvvəla bu tədbirin təşkilinin özü karantin qaydalarının kobud şəkildə pozulması deməkdir. Həmçinin, tədbir zamanı da bəzi karantin qaydalarının pozulması ilə bağlı məlumatlar KİV-lərdə yer alıb. Bu isə hüquqi məsuliyyət yaradır. O ki qaldı, Milli Məclisin komitə sədri Siyavuş Novruzova, onun da hərəkəti vəzifəli şəxs kimi, İnzibati Məcəllənin təsiri altına düşür. Milli Məclisin növbəti sessiyasında bu məsələyə İntizam komissiyası tərəfindən baxıla bilər”. Əli Hüseynli bir daha vurğulayıb ki, qanun həm fiziki şəxslər, həm də vəzifəli şəxslərə münasibətdə tətbiq olunmalı, o cümlədən, cəmiyyətdə narazılığa səbəb olmuş həmin tədbirdə iştirak edən digər vəzifəli şəxslərin əhatəsi də müəyyənləşdirilməli və onlarla bağlı da qanuni tədbirlər görülməlidir.(modern.az)
Siyavuş Novruzovla bağlı Milli Məclis rəhbərliyindən VACİB AÇIQLAMA



Milli Məclis sabah nələri müzakirə edəcək?
Maska taxmamağa görə cərimələrlə bağlı qanun qəbul edildi
Deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar – Spikerdən göstəriş
Azərbaycanda bu şəxslər 50 min manat cərimə ediləcək
SON DƏQİQƏ: Maska taxmayanlar cərimələnəcək - QANUN QƏBUL EDİLDİ
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Maska taxmamağa görə cərimələr artırıldı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Deputatlar tətilə çıxdılar
Bu deputatlara maşın verilir - Siyahı
Bitərəf deputatlar da Milli Məclisin buraxılmasını təklif etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 