Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrinin müasir dronlar vasitəsilə dərmanlanması prosesi həyata keçirilib. Fermer Ümidvar Məmmədovun sahəsində keçirilən dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib. Tədbirdən əvvəl nazir fermerlərlə təkrar qarğıdalı əkininin təşkili, məhsuldarlığın artırılması istiqamətində fikir mübadiləsi aparıb, onların təkliflərini dəyərləndirib. Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin xüsusi təlim keçmiş pilotları tərəfindən sahənin dronlarla dərmanlanması prosesinə başlanıb. Sahə zərərvericilərə qarşı mübarizədə istifadə olunan preparatların qarışığından hazırlanmış məhlullarla dərmanlanıb. Jurnalistlərə açıqlama verən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi genişlənir: "Hazırda biz Azərbaycanda ilk dəfə qarğıdalı sahələrində yaşıl qurda qarşı dronlar vasitəsilə havadan dərmanlama aparırıq. Qarğıdalı bitkisinin hazırkı vegetasiya dövründə boy hündürlüyünün yüksək olması dərmanlama prosesinin hansısa texnika və aqreqat vasitəsilə dərmanlanmasına imkan vermir. Dünya praktikasında belə hallarda dərmanlama havadan dronlar vasitəsilə həyata keçirilir. Hazırda biz də Azərbaycanda təkrar qarğıdalı əkini sahələrində bu prosesi gerçəkləşdiririk. Gələcəkdə fermerlərin təsərrüfatlarda müasir innovasiya və texnologiyalardan istifadəsi daha da genişləndiriləcək". Nazir İnam Kərimov Ağcabədi rayonuna səfəri çərçivəsində Qarabağ Atçılıq Kompleksində, Dənli Bitkilərin Toxum Emalı Zavodunda olub, rayonun Hacıbədəlli kəndində fermerlər İsa Mürşüdov, Hətəm Nağıyev və Qənbər Əliyevin, Pərioğlular kəndində Raquf Qasımovun pambıq sahəsi ilə tanış olub, pambığın vəziyyəti ilə maraqlanıb. Fermerlər dövlət dəstəyinin genişləndirilməsi sayəsində pambıq əkininə marağın daha da artdığını deyiblər. Fermerlər bildirib ki, yeni subsidiya mexanizmi məhsuldarlığı stimullaşdırır. Bu səbəbdən bu il ölkənin digər bölgələrində olduğu kimi Ağcabədi rayonunda da sahələrdən bol məhsul gözlənilir. Nazir fermerlərin pambıqçılığın inkişafı ilə əlaqədar təkliflərini dinləyib, onlara öz tövsiyələrini verib.
Azərbaycanda ilk dəfə qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlandı



Yeni nazir Cocuq Mərcanlıda
Nazir Ağstafa və Tovuzda əkin sahələri, meyvə bağlarına baxış keçirdi - FOTO
İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
Şəki sakinlərinin DİQQƏTİNƏ
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Kərimov vəzifəsindən AZAD EDİLDİ
Zəngilanda Azərbaycan - Türkiyə “Qardaşlıq bağı” salındı
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayır
Qubada AEİMM direktorunun iştirakı ilə fermer və mütəxəssislər üçün təlim keçirilib
Baş nazir sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 