Tərkibi: Ət marinadı üçün: 200 qr antrikot və ya bud əti 1 xörək qaşığı qatıq 4 xörək qaşığı zeytun yağı 1 çay qaşığı kəklikotu ½ çay qaşığı qırmızı bibər tozu ½ çay qaşığı yamay istiotu Qiymə üçün: 200 qr yağsız qiymə 1 ədəd rəndələnmiş soğan ½ çay qaşığı duz ½ çay qaşığı istiot Bişirmək üçün: 50 qr quyruq yağı Hazırlanması: Dana antrikot və ya bud ətini nazik dilimləyin. Geniş bir qabda qatıq, zeytun yağı, kəklikotu, qırmızı bibər tozu və yamay otunu yaxşıca qarışdırın. Ətləri hazırladığınız qarışığa əlavə edib marinə edin. Qabın üzərinə streç salafan keçirib bir neçə saatlıq soyuducuya yerləşdirin. Qiymə qarışığından hazırlamaq üçün bir qabda yağsız qiymə, rəndələnmiş soğan, duz və istiot töküb yaxşıca yoğurun. Mətbəx dəzgahına streç salafan sərin. Marina olunmuş nazik dilimləri salafanın orta hissəsinə yerləşdirin. Üzərini nazik lay qiymə qarışığıyla örtün. Bu qaydayla bir qat antrikot bir qat qiyməni qurtaranadək düzün. Rulet şəklində bükərək streç salafanın hər iki yanlarından möhkəm bağlayın. 2 saatlıq soyuducunun buzxanasına yerləşdirin. Saatın tamamında soyuducudan çıxardığınız dönəri qısa müddət otaq temperaturunda saxlayın. İti bir bıçaq köməyiylə nazik dilimləyin. İstəyə görə kiçik bir hissə kəsdiyiniz quyruq yağını dilimlədiyiniz dönərlərlə birlikdə çevirərək bişirin. Bişən dönərləri plov və ya kartof qızartmasıyla birlikdə süfrəyə verə bilərsiniz. Nuş Olsun!
Ev üsulu dönər resepti



Sobada manqal keyfi: Toyuq kababı resepti
Beyti kababı resepti
Beyti kababı resepti
Beyti kababı resepti
"SEZAR" salatı resepti - Video
İtalyan pizzası resepti
Lahmacun RESEPTİ
İftar süfrəsi üçün reseptlər
Daşarası toyuq və yaxud azərbaycansayağı tabaka resepti
Kartof dolması hazırlanması
"Yunan üsulu cacık" - Resept
Ətli əncir dolması necə hazırlanır? - QAYDASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 