Tərkibi: Marinad Üçün: 4 xörək qaşığı zeytun yağı 1 xörək qaşığı qurudulmuş kəklikotu 1 xörək qaşığı şirin qırmızı bibər tozu (paprika) bir çay qaşığının dörtdə biri qədər döyülmüş zirə 8 diş sarımsaq – soyub əzin 2 xörək qaşığı limon suyu Duz İstiot Üstünə: doğranmış keşniş nar gilələri Hazırlanması: Toyuğu yuyub qurulayın. Quyruğunu kəsib atıb. Toyuğu döşü üstə olmaq şərtilə mətbəx taxtasının üstünə qoyun. İti bıcaqla və ya mətbəx qayçısıyla döş sümüyünün ortasından elə kəsin ki, döş əti ikiyə bölünsün, amma toyuqdan ayrılmasın. Toyuğu o tərəfə çevirib üstündən basın ki, yastılansın. Marinadın ərzaqlarını bir qabda yaxşıca qarışdırın. Toyuğun hər tərəfinə bu marinadı çəkin. Toyuğu yastı qaba yerləşdirib, üstünü örtün və marinə olması üçün soyuducuya qoyun – ən azı 3 saatlığına. Toyuq marinadda nə qədər çox qalsa, bişdiyində o qədər dadlı olar. Toyuq marinadda bir gecə də qala bilər. Qalın tavada 3 qaşıq yağ qızdırın. Toyuğu döş əti üstə olmaq şərtilə tavaya qoyun. Sonra isə üstünə ağırlıq yerləşdirin ki, toyuğu yastı tutsun. Mən adətən toyuğun üstünə alt-üst çevrilmiş yastı qab qoyuram, bunu üstünə isə su dolu balaca qasan. Toyuğun bir tərəfini orta odda təxminən 15 dəqiqə, və yaxud qızaranadək bişirin. Sonra o biri tərəfinə çevirib, o tərəfi də qızardın. Hazır toyuğu süfrəyə verməzdən əvvəl, üstünə göyərti və nar gilələri səpin. Nuş olsun!
Daşarası toyuq və yaxud azərbaycansayağı tabaka resepti



Ev üsulu dönər resepti
Arpalı əriştə şorbası resepti
Sobada manqal keyfi: Toyuq kababı resepti
Arpalı əriştə şorbasının HAZIRLANMASI
Kələm dolmasının hazırlanma qaydası - Milli mətbəx
Lahmacun RESEPTİ
Şəkisayağı cücəli plov resepti
Bananla saçlara qulluq
"SEZAR" salatı resepti - Video
Tavada dadlı kartof pizzası necə hazırlanır? - QAYDASI
İftar süfrəsi üçün reseptlər
Evdə acılı əzmə necə hazırlamaq olar?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 