Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. Bildirilib ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur. Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!
Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak oldu



Bu gün həlak olanlardan ikisi yeniyetmədir - ADLAR
Erməni terroru nəticəsində daha bir məktəbli həlak oldu
Ombudsman atəşə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir
Tərtərdə 11 məktəb dağıntılara məruz qalıb - RƏSMİ
FIFA ermənilərin öldürdüyü 13 yaşlı Şəhriyarla bağlı başsağlığı verdi
Ermənilərin açdığı atəş nəticəsində daha 2 nəfər həlak oldu, 5-i yaralandı
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - RƏSMİ
Erməni təxribatı nəticəsində bir ailənin beş üzvü həlak oldu - RƏSMİ
Gəncəyə raket atılması nəticəsində 7 nəfər həlak oldu - YENİLƏNDİ
Goranboy atəşə tutuldu, bir nəfər öldü - RƏSMİ
Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlıların STATİSTİKASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 