Bu gün MDB ölkələrinin hökumət başçılarının iclası keçiriləcək. ONN media xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iclas video-konfrans formatında baş tutacaq. Görüş zamanı birliyə üzv dövlətlərin qarşılıqlı iqtisadi əlaqələri də daxil olmaqla, bir sıra məsələlərin müzakirə olunacağı planlaşdırılır. Hökumət başçıları iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, habelə 2030-cu ilədək MDB İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2021-2025) həyata keçirilməsi üçün fəaliyyət planını müzakirə etmək niyyətindədirlər. Həmçinin, müxtəlif fəaliyyət sahələri üzrə bir sıra əvvəlcədən razılaşdırılmış sənədlərin müzakirəsiz imzalanması planlaşdırılır. "Bunlara nüvə enerjisindən dinc məqsədlər üçün istifadə, innovasiya, müharibə veteranları - yerli münaqişə iştirakçıları və onların ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlıqla bağlı üç proqram daxildir", - açıqlamada deyilir. Bundan əlavə, 2020–2025-ci illər dövrü üçün beynəlxalq nəqliyyatın həyata keçirilməsində MDB üzvü olan dövlətlərin ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üzrə Strategiyanın və 2021–2022-ci illər üçün MDB üzv dövlətlərinin humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının həyata keçirilməsinə dair Fəaliyyət Planının təsdiq edilməsi planlaşdırılır. Ənənəvi olaraq, hökumət başçıları tərəfindən imzalanması üçün təklif olunan sənədlərin böyük bir hissəsi Müstəqil Dövlətlər Birliyinin qurumlarının maliyyə dəstəyi ilə bağlı olacaq. Bu il tədbirə Özbəkistan sədrlik edəcək. Qeyd edək ki, təşkilata Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistan daxildir.
9 ölkənin hökumət başçıları bu gün görüşür



Yeni Baş Nazirin ilk xarici səfəri - Əsədov MDB hökumət başçılarının iclasında
Lukaşenko Azərbaycana gəldi - SON DƏQİQƏ
Əli Əsədov Mişustinlə nəyi müzakirə etdi?
Əli Əsədov nazirləri TOPLADI
MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
27 ölkə Qarabağa görə bir araya toplaşır - BU GÜN
Azərbaycan və Rusiya prezidentləri bu tarixdə görüşəcək
Azərbaycan və Polşa XİN başçıları telefonla danışdı
MDB ölkələrinin Təhlükəsizlik Şurası toplaşır
Paşinyanın Rusiyaya səfəri başladı
İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib
Astanada TARİXİ GÜN: "Türk Əsri" çağırışı altında Zirvə Görüşü başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 