Azərbaycanın iki filmi beynəlxalq mükafata layiq görülüb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Məlumata görə, Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpəkyolu Film Mükafatları təqdim olunub. Bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qeydə alınıb. Mükafatlandırmanın final mərhələsinə Azərbaycandan 2 film keçib: Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri.
Türkiyə Respublikasınn Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığıı ilə keçirilən mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutdu. Rejissor Amil Amalın “Titrəmə” filmi beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına layiq görülüb.
Film bir ayağını mina partlayışı zamanı itirmiş əsgər barəsindədir. Ayağını itirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Filmin ssenari müəllifləri Amil Amal, Aqşin Evrən, Ayşad Səfərəliyev, təsvir rejissoru Əli Sultanov, bədii rəhbəri və prodüseri Cəmil Quliyevdir. Filmdə əsas rolları Bəhruz Vaqifoğlu və İlqar Cahangirli canlandırır. “Titrəmə” Mədəniyyət nazirliyiin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
Lətif Lətifsoyun “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Filmdə vaxtilə kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edilir, onun düşüncə və xəyallarndan bəhs olunur. Film budan əvvəl 38-ci Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” bölməsində iştirak edib. Məlumat üçün bildirək ki, Lətif Lətifsoy "Azərbaycanfilm" kinostudiyasının PR meneceri vəzifəsini həyata keçirir.



Türk filmi “Oscar”a namizəd oldu
Şuşa barədə “28” filmi beynəlxalq festivalda
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
20 iyul Ramiz Əzizbəylinin doğulduğu gündür
“Qızıl Qlobus” sahibləri məlum oldu
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
Arzu Əliyevaya “Şərəf mükafatı” verildi
İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu
Laçında Turan Film Festivalı keçiriləcək
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
"Oskar-2021" mükafatlarının laureatları açıqlandı - ADLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 