ONN media xəbər verir ki, müxtəlif məsələlərlə hər zaman müzakirə obyektinə çevrilən “MilliÖn” terminallarında yenidən problem yaranıb.
Bu sistem yeni 10 manatlıq əsginasları qəbul etmir.
Mövcud vəziyyətdən şikayətçi olan insanlar sosial şəbəkələrdə bu barədə paylaşımlar edib.
Bəs görəsən, əslində, bütün bu problemlərə səbəb nədir? Nə üçün sistemdə əməliyyatlar gec yerinə yetirilir? Terminallar yeni əsginasları nə üçün qəbul etmir?
Vətəndaşların sosial şəbəkələrdə paylaşdığı və oxu.az-a ünvanlandığı narazılıqlara “MilliÖn” xidmətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva aydınlıq gətirib.
O bildirib ki, yeni əskinasların qəbulu ilə bağlı mövcud problem yaxın zamanda aradan qaldırılacaq:
“Hazırda bəzi “MilliÖn” terminallarında bu problem aradan qaldırılıb. Problemin səbəbi dövriyyəyə buraxılan yeni 10 manatlıq əsginaslarla bağlıdır. Yeni pullar hələlik sistem tərəfindən tanınmır. Biz bunu kütləvi olaraq tətbiq edə bilmədiyimiz üçün sınaq kimi yoxlanıldıqdan sonra mərhələli şəkildə bütün terminalların sisteminə tətbiq ediləcək.
Hazırda bəzi terminallarda, xüsusilə Nəriman Nərimanov prospekti yaxınlığında, Altıncı paralel küçəsi boyu, “MilliÖn”ün xidmət mərkəzində çöldə və içəridə yerləşdirilən terminallarda yeni əsginasların yüklənməsi mümkündür.
Əgər sınaqlar uğurla tamamlanarsa, qısa müddət sonra respublika ərazisindəki digər terminallarda da tətbiq ediləcək. Sonradan heç bir əlavə problemin yaşanmaması üçün işimizə məsuliyyətlə yanaşırıq”.
Ü.Əfəndiyeva terminallarda müşahidə olunan əməliyyatların gecikməsi ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, bütün əməliyyatlarda gecikmələrin yaşanması mümkünsüzdür:
“Düşünürəm ki, vətəndaşlar karta bağlı edilən ödənişlərdə bu cür gecikmələrlə rastlaşıb. Bunun da səbəbi gecikmə yox, sistemin kartı oxuması, onu analiz etməsidir. Terminalın kart oxuyucusu kartı tanıyana (“Smartcard”, nəqliyyat kartı) qədər bəzən vətəndaşlar kartı yerindən oynadır.
Bu, düzgün deyil. Çünki belə olanda sistem tanımanı yenidən başladır, bu isə dediyiniz gecikməyə səbəb ola bilər”.oxu.az



Aparatlar yeni 10manatı nəvaxt qəbul edəcək?
“BakıKart”lara pul yüklənmir – Problem “MilliÖn”dədir?
“MilliÖn” terminallarında NƏ BAŞ VERİR? - FOTOLAR
Terminaldan işıq pulu ödənişlərinə görə əlavə 1 manat TUTULACAQ
Ödəmə terminalları yeni manatları niyə tanımır?
Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
“Milliön” müştəridən kommunal ödənişdə də pul tutur - VİDEO
“BakıKart” terminalları hər yerdən götürülür
500 manatlıq pul buraxılıb? – Rəsmi CAVAB
Metroda yenə problem yarandı
Smart-kartlara 10 manatlıq “hədiyyə”... – DİN hərəkətə keçdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 