DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Səbail rayon DYP əməkdaşları ilə birgə rayon ərazisində profilaktik tədbirlər keçirməyə davam edir.
ONN media xəbər verir ki, təşkil olunan tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Cari ilin 9 ayı ərzində tək Səbail rayonu ərazisində qayda pozuntusuna yol verən 835 piyada inzibati məsuliyyətə cəlb edilsə də, təəssüflər olsun ki, piyada məsuliyyətsizliyi yenə də qalmaqda və bu məsuliyyətsizlik ölümlərə səbəb olmaqdadır.
Bununla yanaşı, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq inzibati xətalara yol verən şəxslərin diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, sürət həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadaları yollarda məsuliyyətli olmağa və qaydalara ciddi riayət etməyə çağırır



BDYPİ bu piyadalara müraciət etdi
Yol polisi Zərdabda reyd keçirdi
Polis Bakıda reydlərə başladı
Naxçıvanda sürücülərə qarşı reyd keçirildi
3 ay ərzində nə qədər piyada cərimələnib?
DİN sürücülərə müraciət etdi
Yol polisi piyadalara müraciət etdi
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
Sürücü və piyadalara xəbərdarlıq olunub
DİN piyada və sürücülərə müraciət etdi
Piyadalara qarşı cərimələri yol polisi yazacaq
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 