"Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidemioloji qaydaların icrasına nəzarəti gücləndirməklə, digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir". ONN media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib. O vurğulayıb ki, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədəuyğun olardı: "Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılmaya gedilmir. Daha yaxşı olardı, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımından da vacib hesab olunur". V.Bayramovun sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir: "Buna görə də, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsinə, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".
Toylar bu qaydada bərpa edilsin - Deputatdan MÜHÜM TƏKLİF



Azərbaycanda toylara icazə ilə bağlı MÜHÜM AÇIQLAMA
Oktyabrın 1-dən iri ticarət obyektləri, noyabrın 1-dən isə şadlıq sarayları...
Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? - DEPUTATDAN AÇIQLAMA
Həftəsonu avtobuslar bu saatadək işləyə bilər - TƏKLİF
Azərbaycanda hansı sahələrdə iş bərpa olunur?
Azərbaycanda toylar bu tarixdə başlaya bilər
İyundan etibarən hansı qadağalar ləğv ediləcək?
Pensiya yığımı kredit və kommunal ödənişlərə də istifadə edilsin - Deputatdan təklif
Azərbaycanda karantin rejimi ilə bağlı yeni qərar açıqlandı
Bir çox iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır - SİYAHI
SON DƏQİQƏ: SMS icazə ləğv edildi - Karantin rejimi yumşaldılır
Hansı qadağalar hələ də qüvvədədir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 