Bu gün banklar tərəfindən vətəndaşlara göndərilən yalançı SMS-lər ciddi narazılığa səbəb olan məsələlərdən biridir. Banklar vətəndaşlara böyük məbləğdə, 20 min, 30 min məbləğində kredit təklifini əks etdirən SMS-lər göndərir, lakin vətəndaş müraciət edərkən bəlli olur ki, vətəndaşın bu krediti götürmək imkanı yoxdur. Əgər elədirsə, banklar niyə vətəndaşları narahat edib, narazı salır?
ONN media xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov istehlakçılara yanlış məlumatın verilməsinin qanunla qadağan olduğunu bildirib.
“Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna da ziddir. İstər banklar, istərsə də maliyyə xidmətləri göstərən digər qurumlar vətəndaşa onun ödəmə qabiliyyətinə və ya ala biləcəyi kredit məbləğinə uyğun olaraq məlumat göndərməlidir. Misal üçün, kimlər hansı şərtlər daxilində hansı məbləğdə kredit ala bilər.
Yəni vətəndaşa ümumi məlumatların göndərilməsi qanunaziddir. Çünki vətəndaş zaman sərf edir, banka gedir, amma sonradan bəlli olur ki, vətəndaşın həmin məbləğdə kredit almaq hüququ yoxdur”, - deyə deputat bildirib.
O qeyd edib ki, bu məsələnin tənzimlənməsi, Mərkəzi Bank tərəfindən də bu hallarla bağlı xüsusi qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bağlı bankların göndərdiyi SMS-lər və ya kreditlə bağlı dəvətlər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır.



Banklar kredit verməyi niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ
Kompensasiyalar necə veriləcək?
Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı açıqlama
Kartını itirən şəxslər 190 manatı necə alacaq? - AÇIQLAMA
Banklar regionlara niyə az kredit ayırır? - Deputat səbəbləri AÇIQLADI
Kredit borcu olanlara PİS XƏBƏR
İstənilən fiziki şəxs özəl kredit bürosu yarada bilər
Banklar 11 milyard manatdan çox kredit verib
Kreditlərlə bağlı sevindirici xəbər - Yeni qanun qüvvəyə mindi
Azərbaycanda kreditlərlə bağlı qaydalar dəyişdi
Kreditlə bağlı bütün QAYDALAR DƏYİŞİR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 