Bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, həmçinin ölkə ərazisində zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, məsələ AQTA tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə AQTA tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq, bitki mühafizə vasitələri və gübrələrdə təsiredici maddələrlə bağlı mütəmadi araşdırmalar aparılır, siyahıda elmi əsaslarla əldə olunmuş nəticələrə uyğun yenilənmələr həyata keçirilir.
Artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələri ilə bağlı idxal prosesi daha da təkmilləşdirilmiş, AQTİS üzərindən yeni elektron modul istifadəyə verilib.
Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, Respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün olmayacaq. Belə ki, idxal üçün elektron müraciət zamanı sahibkarlıq subyekti tərəfindən qeydiyyatda olmayan məhsulların sistemə daxil edilməsinin qarşısı avtomatik alınacaq.
Qeyd edək ki, AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edəcək.



Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Rusiyadan gətirilən toyuq məhsulları yararsız çıxdı
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Quş əti idxalı qadağan olunub? - AÇIQLAMA
Azərbaycan İrana bildiriş göndərdi
Ölkəyə gətirilən bu məhsullar geri qaytarıldı
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
Azərbaycandan rus şirkətinin məhsullarına QADAĞA
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
Bu şirkətlərə süni qida məhsulları istehsalı QADAĞAN EDİLDİ
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 