Azərbaycan təbiətinin bənzərsiz gözəlliyi var. Təbiət abidələri ilə tanışlıq çox böyük əhəmiyyətə malikdir və bu tanışlıq doğma Vətənə olan sevgimizi daha da artırır.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Ekologiya Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə təşkilatçılığı ilə kitabxanada keçirilən “Azərbaycanın təbiət abidələri” mövzusundakı konfransda səsləndirilib.
Tədbirdə çıxış edən MKS-nin direktoru Gülniyar Məmmədova Azərbaycanın, eləcə də onun dilbər guşələrindən olan Zaqatalanın təbiət abidələrinin zənginliyi ilə daim diqqəti cəlb etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın təbiət abidələrinə maraq həmişə yüksək olub. Konfransın da əsas məqsədi ölkəmizin malik olduğu tarixi və təbiət abidələrini geniş təbliğ etmək, Azərbaycan təbiətinin zənginliyini gənclərə tanıtdırmaqdır.
Konfransda ekologiya üzrə mütəxəssis Zakir Əliyev, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Talehə Muradova, Zöhrab Babayev və başqaları çıxış edərək, Azərbaycanın təbii sərvətlərinin, ekologiyanın qorunmasının vacibliyi, bu sahədə qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.



Ermənilər Hadrutda 900 yaşlı Şərq çinarını niyə kəsməyiblər? - SƏBƏB
Prezident sərəncam imzaladı
Ermənilər 1500 hektaradək Tuqay meşələrini məhv edib - ETSN
Milli parklarda “açıq qapı” günü keçiriləcək
Əli Əsədov qərar imzaladı
Nazirlərimiz Qobustanda ağac əkdi
Baş nazirdən “Yanar dağ” Qoruğunu ilə bağlı QƏRAR
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nazir sabiq şöbə müdirini rəis təyin etdi
26 il Qubadlısız
Mehriban Əliyeva Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında
Qubadlının işğalından 27 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 