Tərkibi: 3 litr qatıq üçün 3 l qatıq 600-700 qr su 1/2 stəkan yumru düyü 3 ədəd yumurta (hər litr üçün 1 ədəd hesablanır) 1 dəstə nanə (orta ölçüdə) 1 dəstə keşniş (orta ölçüdə) 2 dəstə dağ keşnişi (orta ölçüdə) 1 dəstə ispanaq (orta ölçüdə) 1 dəstə şüyüd (orta ölçüdə) Hazırlanması: Əvvəlcə göyərtilərimizi təmizləyib, yuyuruq. Suyu çəkildikdən sonra onları xırda-xırda doğrayırıq. Qatığı qazana tökürük. Qatıq qatı olduğuna görə ona su əlavə etmək lazımdır. Əgər sizin qatığınız çox duru olarsa, az miqdarda su əlavə edə bilərsiniz. Biz 3 litr qatıq üçün 600-700 qram su əlavə etdik. Su əlavə etdikdən sonra qatığı yaxşıca qarışdırın. Düyünü təmizləyib, yuyun. Suyunu süzdükdən sonra ora 3 ədəd yumurtanı əlavə edib qarışdırın. Bu qarışımı qatığa əlavə edib qaz sobasının üzərinə qoyun. Düyü bişənə qədər qarışdırın. Qarışdırmağı dayandırmayın. Əks halda qatığınız çürüyə bilər. Düyünün bişib bişmədiyini yoxlayın. Düyü bişdiysə artıq göylərimizi əlavə edə bilərik. Qarışdıra-qarışdıra göyləri əlavə edin. Göylərimiz bişənə kimi qarışdırmağa davam edirik. Dovğanı duzlamağa tələsməyin. İsti-isti duzlasanız dovğa çürüyə bilər. Dovğanı soyuduqdan sonra duzlamaq lazımdır. Nuş olsun!
Dovğa resepti



Yay dovğası resepti
Okroşka resepti - Rus mətbəxi
Okroşka resepti - RUS MƏTBƏXİ
Yumurta şirniyyatı resepti
Qış şorbasının hazırlanma QAYDASI
Mahluta şorbasının hazırlanması
Sobada manqal keyfi: Toyuq kababı resepti
Tbilisi salatı RESEPTİ
Şəkisayağı cücəli plov resepti
İftara bunları hazırlaya bilərsiniz
Belə lahmacun yeməmisiniz - FƏRQLİ DAD
Sobada siqara börəyi necə hazırlanır? - RESEPT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 