Əməkdar jurnalist, yazıçı, publisist Yusif Kərimov bu gecə vəfat edib.
ONN media Publika-ya istinadla xəbər verir ki, bu barədə Ahıl Jurnalistlər Mərkəzinin rəhbəri Məzahir Süleymanzadə sosial şəbəkədə məlumat verib. M.Süleymanovun qeyd edib ki, Y.Kərimovun vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək.
Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), “Bakı” qəzetində şöbə müdiri (1964-1973), Azərbaycan Televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) vəzifələrində çalışıb.
“Azərbaycan gəncləri” qəzetinin redaktoru (1981-1995), Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləyib.
İqtisadi İnkişaf Nazirliyində mütəxəssis, Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) kimi də fəaliyyət göstərib.
2010-cu ilde Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.



Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi
İntiqam Mehdizadə vəfat etdi
4 sentyabr Abbas Abdullanın anım günüdür
Bu gün Fərman Kərimzadə vəfat etdiyi gündür
Adım yaddaşlardan silinməyəcək! - Zəlimxan YAQUB
17 mart Fərman Kərimzadənin vəfat etdiyi gündür
Bu gün Məmməd Aslanın vəfat etdiyi günüdür
Bu gün Zəlimxan Yaqubovun doğum günüdür
23 sentyabr Məmməd Aslanın vəfat etdiyi günüdür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
Qaldı arxada artıq ömrün xöşbəxt illəri - Əliağa Kürçaylı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 