Sərnişindaşımanın bərpa olunuğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb.
ONN media xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov qeyd edib.
O, orta hesabla gün ərzində 350-400 min sərnişinin daşındığını bildirib:
“Bunun səbəbi təlim-tədris müəssisələrinin fəaliyyət göstərməməsidir. Eyni zamanda Bakıya gələn qonaqların sayının azalması və müxtəlif müəssisələrin xüsusi karantin rejiminin müddətinin uzadıldığı dövrdə fəaliyyətinin tənzimlənməsində fərqli prinsiplər tətbiq olunmasıdır”.
B.Məmmədov bildirib ki, “8 Noyabr” stansiyasında ötən müddət ərzində orta hesabla gün ərzində 2500 civarında sərnişin daşınıb:
“Əvvəlki dövrün təcrübəsi və metropolitendən istifadə ənənələrini nəzərə alsaq, bu stansiyada daşınan sərnişin sayının artıb-azalması müşahidə oluna bilər. Əsasən həmin ərazidə yaşayıb, işləyən insanların müntəzəm istifadə edəcəyi nəqliyyat vasitəsini müəyyən edənə qədər bu artıb-azalma davam edə bilər”.



Metroda sərnişin sıxlığının səbəbi nədir? – AÇIQLAMA
Taksidən istifadə edənlərin sayı azaldı
Bakıda bu marşrut xətləri ləğv ediləcək
Rusiyada avtomobillərin satışı kəskin azaldı
Bakı metrosunda OLAY: Gənc qız...
Bakı metrosunda sərnişin FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Yumşalmanın ilk günü vəziyyət necədir?
Metropolitendən tibbi maskalarla bağlı – Açıqlama
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək - BU TARİXDƏ
Bakı metrosunda hadisə olub
BNA açıqladı, karantin pozuntuları üzə çıxdı - Statistika
Metroda yaranan sıxlıqla bağlı rəsmi açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 