Nicat Rəhimov kriminal-komediya janrında olan yeni filmdə baş rola çəkilib. Aktyorun obrazı bu dəfə digərlərindən fərqli olaraq, ciddi xarakterə malik olacaq.
ONN media xəbər verir ki, layihə 2021-ci ilin may ayından start götürüb. Çəkilişləri 3 gün davam edən yeni filmin adı "Faberje"dir.
Nicat Rəhimovun canlandırdığı obraz Rəhim adlanır.
Şübhəsiz ki, aktyorluq yaradıclığının təməlini obrazla bütövləşmək, ona can vermək qabiliyyəti durur.
Həm daxilən, həm də zahirən rolu ilə tandem yaratmağa nail olan Nicat Rəhimov 17 aprel 1986-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə İncəsənət Gimnaziyasını bitirərək, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 2006-cı ildən başlayaraq 4 il ərzində "Planet Parni iz Baku" komandasında aktyorluq fəaliyyəti ilə məşğul olub. Sonra "Bozbash Pictures" layihəsinin üzvünə çevrilib.
Bozbash Pictures layihəsində canlandırdığı Şirin obrazının öhdəsindən gəlməyi bacarıb və onu xalqa sevdirməyə nail olub.
2011-2012-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib və Sərvər obrazını canlandırıb. 2014-cü ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır və 2016-cı ilədək "Şirin çay" verilişində aparıcılıq fəaliyyəti ilə məşğul olub.
Azad Azərbaycan TV-də yayımlanan "Buğlama" serialında 6 obrazı məharətlə canlandıran istedadlı aktyor Nicat Rəhimov Azərbaycanın Xalq artisti Yaşar Nurinin bacısı oğludur.



“Bozbash pictures”in “Şirin”i ata oldu
“Bozbash Pictures”in qəhrəmanları ekranlara qayıdır
Məşhur aparıcı İTV-də
DSX "Şöşü"nü təltif etdi
Məşhur aparıcı qızına təmtəraqlı doğum günü keçirdi - FOTO
Azərbaycanda əməkdar artist vəfat edib
Dənizdə batan Nicatın toyu olacaqmış
“Nikosayağı”nın qəzadan sonra ilk FOTOSU
22 APREL HƏSƏN ƏBLUCUN DOĞULDUĞU GÜNDÜR
“Bozbash pictures” “Ağsaqqal”sız qaldı?
22 aprel Həsən Əblucun doğulduğu gündür
Bu gün Xalq artisti Həmidə Ömərovanın doğum günüdür
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 