Dünyada mürəkkəb geosiyasi vəziyyət yaranır. Qlobal və regional təhdidlər demək olar ki, bütün dünya ölkələri üçün ciddi problemə çevrilir. Və Azərbaycan bu mürəkkəb, partlamağa meyilli regionda yerləşdiyindən hərbi xərclərin artırılması dövlət üçün həyati əhəmiyyət kəsb edir.
Bu fikirləri ONN media-ya azərbaycanlı politoloq Rizvan Hüseynov deyib.
Onun sözlərinə görə, hərbi büdcənin artırılmasının bir neçə səbəbi var:
“Birincisi, Azərbaycan 44 günlük müharibə zamanı azalmış müasir tipli silah və texnikalar alacaq. İkincisi, Azərbaycan yeni hərbi-siyasi xarakterli çağırışlarla üzləşir. Ona görə də Azərbaycan əlavə olaraq həmin silah növləri, artilleriya, RYAS, müasir elektron müharibə sistemləri və bu vəzifələrin həllini təmin edəcək digər avadanlıqlar alır.
Üçüncüsü, Azərbaycan ordusunun modernləşdirilməsi prosesi dünya standartlarına cavab verən sürətlə gedir”.
Ekspert vurğulayıb ki, Azərbaycan Prezidentinin Bakı Qlobal Forumundakı çıxışı təkcə Zəngəzurdan keçən nəqliyyat dəhlizlərinin açılması prosesini sabotaj edən Ermənistana deyil, həm də İrəvanı buna təhrik edən xarici qüvvələrə mesajdır:
“Azərbaycan bütün mümkün vasitələrlə üçtərəfli sazişlərin icrasını təmin etmək əzmindədir və artıq 2020-ci il təcrübəsi var. Azərbaycan bütün məsələlərin danışıqlar masası arxasında həllinə ümid edir, lakin təcrübənin göstərdiyi kimi, hərbi-siyasi amilin formalaşması danışıqlar prosesinin irəliləyişinə təminat kimi çox mühüm rol oynayacaq”.



Azərbaycan yeni silah və hərbi texnikalar aldı
Putin ordusuna əmr verdi: Bütün S-400-lər...
3 nazir Qafqaza gəlir: AB regionda aktivləşir
Azərbaycanın ən müasir texnikaları Zəfər paradında nümayiş etdirilir
Bu ordunun qarşısında heç kim dayana bilməzdi – Xaindrava
“Müharibə hələ bitməyib” — Prezident
ABŞ niyə Ukraynaya yardım edir? - AÇIQLAMA
Deputat erməni təxribatlarının səbəblərini AÇIQLADI
Erməni polkovnikdən etiraf - Azərbaycan ordusu çox güclüdür!
Prezidentdən bu şəxslərlə bağlı VACİB SƏRƏNCAM - Pul ayrıldı
Azərbaycan Pakistanın "JF-17 Thunder" qırıcılarını alacaq - Hərbi attaşe açıqladı
Türkiyənin təklifi: Bakı-Ankara hərbi sazişləri... - Şərh
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 