Yaponiya Turizm Agentliyi gələn həftədən başlayaraq əcnəbi turistlərin ölkəyə gəlişinə icazə verilməsi ilə əlaqədar qaydalara yenidən baxır.
ONN media xəbər verir ki, hökumət sentyabrın 7-dən başlayaraq bütün ölkələrdən olan turistlərin gəlişinə icazə verib. Həmin tarixdən başlayaraq səyyahlar müstəqil şəkildə öz marşrutlarını müəyyənləşdirsələr də, turizm agentlikləri onları ölkədə olduqları müddətdə rabitə vasitələri ilə təchiz etməlidirlər.
Bununla yanaşı, hökumət turizm agentliklərindən kənar səfərlərini təşkil etmək istəyən turistlərə ölkəyə gəliş icazəsi verməyəcək. Həmçinin səyahətin istiqaməti əvvəlcədən müəyyən olunacaq. Lakin tezliklə turistlərə görməli yerlərə səfərlər üçün öz cədvəllərini və gün ərzində qidalanma saatını müəyyən etmək hüququ veriləcək.
Turizm agentlikləri turların təşkili ilə bağlı məsuliyyət daşıyacaqlar və turistlərdən telefon nömrələrini və ya digər əlaqə məlumatlarını almalıdırlar. Həmçinin agentliklər turistlərdən yoluxma ilə bağlı qaydalara əməl etməyi, üz üçün maskalardan istifadəni tələb etməlidirlər.
Yaponiya Turizm Agentliyinin məlumatına görə, iyundan başlayaraq sərhədlər turistlər üçün açıldıqdan sonra əcnəbi turistlərin heç birində COVID-19 aşkar edilməyib. Agentlik bəyan edib ki, yoluxma ilə əlaqədar mübarizənin yüksək səviyyədə təşkili sayəsində o, ölkəyə gələn əcnəbilərin sayının artmasına nail olmaq niyyətindədir



Turistlərə təqdim olunan menyu ilə bağlı açıqlama
Azərbaycana gələn turistlər tibbi müayinədən keçəcək və vaksinasiya olunacaqlar
Agentlikdən Qarabağ açıqlaması: "1 milyona yaxın insan gələcək"
Ölkəyə gələn turistlərin STATİSTİKASI
Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur
Ərəblər Azərbaycandan "küsüb"- SƏBƏB?
Bakıda yeni polislər İŞƏ BAŞLAYIR
Bu ölkəyə gedənlərə pul veriləcək
Bu ölkəyə getmək istəyənlərin NƏZƏRİNƏ: Viza sadələşdirilir
Nazirlər Kabinetindən yeni qərar
Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
Rusiyaya gedənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 