Ölkəmizə gələn əcnəbilərin çoxunun səfəri istirahət, əyləncə turizmidir. Azərbaycan vətəndaşları isə xaricə daha çox işgüzar məqsədlərlə səfər edirlər.
ONN media xəbər verir ki, 2017-ci ildə Azərbaycana gələn 2 696,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 2 454 min nəfəri ölkəyə turizm məqsədilə səfər edib.
Azərbaycana turizm məqsədilə gələnlərin 839,3 min nəfəri istirahət, əyləncə turizmi, 834,4 min nəfəri işgüzar turizm, 49,1 min nəfər müalicə turizmi, 14,7 min nəfər dini turizm, 674,9 min nəfər qohumların, dostların ziyarəti üçün səfər ediblər. Turistlərin 41,6 min nəfəri Azərbaycana digər turizm məqsədilə, 242,7 min nəfər isə digər məqsədlə səfər edib.
2017-ci ildə Azərbaycana səfər edən əcnəbilərin sayı 2016-cı illə (2 248,8 min nəfər) müqayisədə artdığından ötən il qeyd edilən məqsədlərlə ölkəyə gələn bütün turistlərin sayında artım olub. Lakin ötən illər üzrə olan göstəricilərdən aydın olur ki, Azərbaycana gələn turistlərin səfərlərinin məqsədlərinin ardıcıllığı dəyişməyib. Başqa sözlə, ötən illər ərzində də Azərbaycana turistlər daha çox istirahət və əylənmək məqsədilə səfər edib.
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarına gəldikdə isə, 2017-ci ildə 4 108,9 min nəfərdən 3 447,4 mini turizm məqsədilə ölkəmizi tərk edib.
Xaricə gedən Azərbaycan turistlərinin 1 054,9 min nəfəri istirahət, əyləncə turizmi, 1 306,5 min nəfəri işgüzar turizm, 189,6 min nəfər müalicə turizmi, 120,1 min nəfəri dini turizm, 586,1 min nəfəri qohumların, dostların ziyarəti, 190,2 min nəfəri digər turizm, 661,5 min nəfər isə digər məqsədlə səfər edib.
Ötən il ərzində Azərbaycana gələn turistlərin arasında Rusiya, Gürcüstan, İran, Türkiyə vətəndaşları üstünlük təşkil edib.



Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı...
Azərbaycana təkrar səfər edənlər daha çox hansı ölkələrin vətəndaşlarıdır?
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
Azərbaycana gələn ərəblərin sayı azaldı
Azərbaycan 3 milyonuncu qonağını gözləyir
Ölkəmizə gələn turistlərin sayı artıb
Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır
Agentlikdən Qarabağ açıqlaması: "1 milyona yaxın insan gələcək"
Ərəb turistlərin Azərbaycana marağı azalır. Səbəb?
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
Bu il ölkəyə nə qədər turist gəlib? – Nazirlik açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 