Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil.
Bu barədə ONN media-ya Sosial Xidmətlər Agentliyinin Mətbuat katibi Murad Haşımov deyib.
O, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı suala cavab olaraq bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib.
"Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - M.Haşımov bildirib.



Şəhid qardaşının müraciətinə yenidən baxıldı
Şəhid qardaşına "şəhid ailəsi" statusu verildi
Şəhidimizlə bağlı arayışa rəsmi münasibət
Şəhid qardaşının videosu ilə bağlı araşdırma başlanıldı
Şəhid qardaşı ilə bağlı daha bir məlumat
Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişir
DOST mərkəzlərinə yeni səlahiyyətlər verildi – QƏRAR
33 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
Şəhid Asəf Nəsibovun ailəsinə mənzil verildi
Şəhid Səbuhinin qardaşına 11 min ödənildi
Şəhid qardaşı şöbədə döyülüb?-Rəsmi
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 