Azərbaycanda sosial şəbəkələr üzərindən tanınmış şəxslərin adından saxta reklamlar yayımlanır. Əvvəllər bunu sosial şəbəkə fenomenlərinin foto və videolarına müdaxilə ilə edirdilər. Sonradan bu reklamları aparıcılar, jurnalistlər və tanınmış blogerlər üzərindən etməyə başladılar.
Bu sözləri tanınmış bloger, jurnalist Bahadur Seyidov sosial şəbəkələrdə tanınmış şəxslərin üzərindən saxta reklamların yayımlanması ilə bağlı danışarkən deyib.
B.Seyidov qeyd edib ki, bu yaxınlarda onun da fotosundan istifadə etməklə saxta reklam yayılıb:
“Təbii ki, bütün bu saxta reklamların qarşısı vaxtında alınmadığı üçün onları hazırlayanlar daha da irəli gedirlər. O qədər ki, hətta Prezident İlham Əliyevin videolarını montaj proqramları ilə elə düzəldirlər ki, orijinaldan seçilmir. O videolarda səs, danışıq və üz cizgilərini montaj edirlər, guya dövlət başçısı insanları hansısa layihələrə investisiya qoymağa çağırır”.
Onun sözlərinə görə, bu reklamlarda əsasən xarici ölkələrdəki mərc oyunlarına yatırım etmək, hansısa dərman preparatlarını, kosmetika və parfümeriya məhsullarını almaq üçün çağırış edirlər:
“Məsələ burasındadır ki, hər kəs bu reklamların saxta olmasını anlaya bilmir və nəticədə tələyə düşənlər də olur”.
Bloger onu da vurğulayıb ki, istifadə edilən şəxs və onun əhatəsi bu cür saxta reklamları görməməsi üçün bloklanır:
“Nəticədə saxtakarlığı vaxtında aşkar etmək xeyli çətinləşir. Belə görünür ki, bunun üzərində peşəkarlar işləyir. Ona görə hər kəsi diqqətli olmağa, aidiyyəti qurumları isə bununla mübarizəyə çağırıram”



AZAL bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
Mədət Quliyevin sosial şəbəkələrdə hesabı var? — DTX-dən açıqlama
Saxta pulu necə tanıyaq? - VİDEO
Saxta profil açanların DİQQƏTİNƏ
DTX bu şəxslərə xəbərdarlıq etdi
İlham Əliyevin adından video müraciət yayıldı - Çağırış
Saxta profil işlədənlər həbs oluna bilər?
Yunus Oğuz: "Reket” jurnalistlərə qarşı cəzalar sərtləşdirilməlidir"
Əli Kərimlinin qaynıda ƏFV EDİLDİ
DİN-dən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ
Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırladılar - DTX ifşa etdi
“Telegram”da yeni dələduzluq - Ehtiyatlı olun!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 