Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə qəzalı vəziyyətdə olan binalarla bağlı tapşırıqlar verilib.
ONN media xəbər verir ki, məsələ İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə keçirilən müşavirədə müzakirə olunub.
Müşavirədə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb.
Qeyd edilib ki, söhbət əsasən “Xruşşovka” adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir.
Xüsusilə qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son 5 ildə Bakıda 1 239 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb.
Qeyd olunub ki, hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.



Bakıda qəzalı binalarla bağlı mühüm addım - İŞLƏR BAŞLADI
Paytaxt və rayonlarda bu binalar sökülür - Açıqlama
Eldar Əzizov Bakıda qəzalı binaların taleyi barədə açıqlama verib
Bakıdakı bu binalar söküləcək- Əvəzində isə...
Köhnə binalar nə vaxt söküləcək?
Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
Bu binalarda yaşayanların NƏZƏRİNƏ
Bu ərazidə yaşayanların NƏZƏRİNƏ
Bakıda 1 əsrlik bina sökülür
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
Səbail RİH-dən Bayıldakı sürüşmə ilə bağlı açıqlama
Bu binada yaşayanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 