Son zamanlar çox rast gəlinən və gündəlik həyata mənfi təsir edən aşağı təzyiq xüsusilə xroniki hal aldıqda bəzi ciddi xəstəliklərə səbəb ola bilər. Bəs niyə qan təzyiqi düşür? Aşağı qan təzyiqi üçün ən sürətli müalicə hansıdır?
ONN media xəbər verir ki, sağlam bir yetkində qan təzyiqi adətən 120/80 olur. Qan təzyiqinin 90/60-dan aşağı olduğu vəziyyətə aşağı təzyiq deyilir.
Uzun müddətli aşağı təzyiq üçün həkimə müraciət edilməlidir. Qan təzyiqinin nadir hallarda düşməsi ciddi bir vəziyyət deyil.
Aşağı qan təzyiqi kimi xroniki bir problem yaşayırsınızsa, səbəbləri bunlar ola ilər.
Duz çatışmazlığı
Bədənin susuzlaşması
Bir çox vitaminlərin, xüsusilə B9 və B12 çatışmazlığı
Ürək-damar xəstəlikləri
Qəfil qan itkisi
Qalxanabənzər vəzinin fəaliyyət göstərə bilməməsi
Ağır infeksiyalar
Hamiləlik
Diabetbəzi allergik reaksiyalar
Uzun müddətli şiddətli ishal
Uzun müddətli qusma
Antidepresanlar və diuretiklər kimi bəzi dərmanların yan təsirləri
AŞAĞI QAN TƏZYİQİNİN ƏLAMƏTLƏRİ HANSIDIR?
konsentrasiyada çətinlik
yorğunluq hissi
ürəkbulanma
başgicəllənmə
bayılma
səndələmək
bulanıq görmə
Yuxarıda göstərilənlər aşağı təzyiqin ən çox görülən əlamətlərindəndir. Sürətli tənəffüs, solğun və nəm dəri, yaşlılarda yaddaşın çaşqınlığı və zəif nəbz kimi simptomlar olduqda həkimə müraciət etmək vacibdir.
Nə etmək lazımdır?
Aşağı qan təzyiqi üçün sürətli bir həll, qanın ürəyə qayıtmasına kömək etmək üçün oturarkən və ya uzanarkən ayaqları qaldırmaqdır.
Bir neçə stəkan su içmək, alnını və başı islatmaq, xüsusən də çox isti olduqda kömək edə bilər. Ümumiyyətlə, təzyiqin qəfil enməsi zamanı görüləcək ilk işlərdən biri şəkərli sudan istifadə etməkdir.
Bir fincan qəhvə içmək, stimullaşdırıcı təsiri səbəbindən mövcud qan təzyiqini artırmağa kömək edə bilər. Ancaq bunun təsiri müvəqqətidir. Uzun müddətdə və ya yüksək dozada qəhvə də əks təsir göstərə və təzyiqi azalda bilər. Kifayət qədər su içmək və bol su ilə zəngin meyvə-tərəvəz istehlak etmək hipotansiyona qarşı böyük fayda verir. Bu, qan təzyiqinin daha da azalması riskini yaradan susuzlaşdırmanın qarşısını alır.



Təzyiqi aşağı salmaq üçün duzdan İMTİNA EDİN
Təzyiqi ölçəndə bu səhvlərə yol verməyin! Yanlış nəticə alacaqsınız
Təzyiqiniz səhərlər qalxırsa...
Ayağın şişməsinə səbəb nədir? - Bu hallara diqqət
Məşhur həkim təzyiqi dərmansız salmağım 3 yolunu açıqladı
İstidə təzyiq qalxıbsa, quru meyvə yeyin və bu çayı için
Yüksək ürək döyüntüsü təhlükəlidirmi?
"Azəriqaz" sabahdan gücləndirilmiş rejimə keçir - SƏBƏB BƏLLİ OLDU
Başgicəllənmənin yaranma səbəbi nədir?
Həddən artıq duz bu xəstəlikləri yaradır - DİQQƏT!
Təzyiqi aşağı salmaq üçün ƏN SADƏ ÜSUL
Orqanizmdə dəmir çatışmazlığını göstərən 10 ƏLAMƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 