Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz.
ONN media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.Millət vəkili bildirib ki, bu sığorta növünün əsas özəlliyi məhz borclananın dünyasını dəyişdiyi zaman qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir:
“Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, onda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın.Qeyd edək ki, hazırda hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir. Bu baxımdan, nəinki ipoteka krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəyəcəyi ilə bağlı qərar verib.



Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı açıqlama
Verilən ipoteka kreditlərinin məbləği acıqlandı
İpoteka krediti üzrə orta aylıq ödəniş nə qədərdir?
İpoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır - Deputatdan TƏKLİF
“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
İpoteka şərtləri sadələşdirilib?- Rəsmi
“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur
Mənzil almaq indi daha da sadələşir
Ev almaq istəyənlərə ŞAD XƏBƏR
Kimlərə ipoteka kreditlərində güzəşt olacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 